Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Bolqarıstan 2 atletinə görə Azərbaycandan əlavə pul istəyir


Bolqarıstanın agır atletika federasiyası iki bolqar atletin London Olimpiadasında Azərbaycanın heyətində çıxış etməsinin qarşısını alacağını bildirib.
Bolqarıstan federasiyası bunu etməmək üçün Azərbaycandan əlavə pul istəyir.

Keçən il Azərbaycanın ağır atletika federasiyası 400 min avro ödəyəndən sonra Bolqarıstanın ağır atletika federasiyası iki ağırlıq qaldıranın- Boyanka Kostova və Valentin Hristovun Azərbaycan yığmasına keçməsinə razı oldu.

Noyabrda dünya birinciliyində Hristov bürünc medal qazandı.

İndi Bolqarıstan federasiyası bildirir ki, Azərbaycan bu atletlərin olimpiya oyunlarında iştirakını da istəyirsə, əlavə pul ödəməlidir, çünki müqavilədə bu, nəzərdə tutulmayıb.

Bolqarıstan ağır atletika federasiyasının prezidenti Nedelcho Kolev deyib ki, “Biz icazəni yalnız əlavə haqqı alandan sonra verəcəyik”.
“Biz müqaviləni yalnız dünya birinciliklərinə imzalamışıq, olimpiadalara yox”.

Reutersin məlumatına görə, Azərbaycan ağır atletika federasiyasının əlavə haqq ödəmək fikri yoxdur.
Federasiya bunu Bolqarıstan mediasına göndərdiyi bəyanatında bildirir.

Azərbaycan ağır atletika federasiyası bildirir ki, əgər Bolqarıstan həmin iki atletin London olimpiadasında iştirakının qabağını almaq istəsə, Azərbaycan məhkəməyə müraciət edəcək.
XS
SM
MD
LG