Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

İran mollaları "Amerikanın Oskarı bizə lazım deyil" deyir


"Bir ayrılıq" filmindən kadr
"Bir ayrılıq" filmindən kadr
2011-ci ilin ən yaxşı filmləri arasına düşən “Bir Ayrılıq” filminin Oskara namizəd göstərilməsi İranda aləmi qarışdırıb.

Türk mediası iranlı rejissor Əsgər Fərhadinin (Asghar Farhadi) bu filminin Hollywoodun ən nüfuzlu mükafatına-- Oscar’a əcnəbi film nominasiyasında namizədliyinin mollalara yaxın kəsimlər tərəfindən “Vaşinqtonun siyasi həmləsi” kimi qiymətləndirildiyini yazıb.

İran rejiminə yaxınlığıyla tanınan yazar Mesud Ferasati: “Cəmiyyətimizin filmdəki imici Qərblilərin bizi görmək istədiyi çirkli rəsmi əks etdirir. Namizədliyin arxasında da siyasi motivlər var. Filmin Oskar qazanması İranda xoş qarşılanmayacaq. Bir yandan ABŞ bizə sanksiya tətbiq edir, digər yandan da filmimizə mükafat verərək pozitiv mesaj göndərmək istəyir. Bu filmin uğuru bir illüziyadır. Yaxşı film deyil” --deyib.

Xəbərdə Mesud Ferasatinin açıqlamalarına rejimdən dəstək gəldiyi bildirilir.

Amma Əsgər Fərhadinin bu açıqlamalara cavab verib-verməməsi məlum deyil.

Xatırladaq ki, Əsgər Fərhadi 1972-ci ildə İranda--Xomeynişəhrdə doğulub.

Bir neçə filmin ssenari müəllifliyini və rejissorluğunu edib.

Ötən ay Los-Ancelesdə keçirilən “Golden globe” kino festivalında “Nadirin Simindən ayrılması” filminə görə ən yaxşı xarici film bölümündə mükafata layiq görülüb.

Ötən il isə həmin filmə görə 69-cu Berlin Beynəlxalq Film Festivalında Qızıl Ayı mükafatını mükafatını azanmışdı.

2009-cu ildə rejissor “Elli haqda hər şey” filminə görə “Berlinale”də həmin mükafatı ilk dəfə almışdı.
XS
SM
MD
LG