Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Müdafiə naziri: «İsrail aprel-iyun aylarında İrana zərbələr endirə bilər»


Leon Panetta
Leon Panetta
ABŞ-ın Müdafiə naziri Leon Panetta İsrailin İrana zərbələr endirəcəyi tarixi açıqlayıb.

Pentaqon rəhbəri hesab edir ki, İsrail İrana ilk zərbələri aprel-iyun aylarında endirə bilər.

Bu haqda «The Washington Post» qəzeti yazır.

Nazir İsrailin İrana zərbə endirmək ehtimalını yüksək qiymətləndirir:

«İsrail tərəfi İranın bomba hazırlamaq üçün yeraltı laboratoriyalarda kifayət qədər uran ehtiyatı toplamasından ehtiyatlanır. Belədirsə, Tehrana zərbələr qaçılmaz olacaq və İsraili bu addımdan yalnız ABŞ çəkindirə bilər. Bununla belə, İsrailin baş naziri Netanyahu hesab edir ki, ölkəsinin taleyi ABŞ-dan asılı olmamalıdır».

«The Washington Post» yazır ki, Panetta və prezident Obama hərbi əməliyyatlara qarşı çıxırlar:

«Vaşinqton hesab edir ki, Tehrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar artıq bəhrəsini verməkdədir. Lakin Ağ Ev İsrail İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə hansı addımlar atacağını müəyyənləşdirməyib. ABŞ hələ İranın bu situasiyada hansı reaksiya verəcəyini hesablayır. Ehtimal olunur ki, bu halda İran regionda yerləşən ABŞ hərbi bazalarına zərbə endirə, Hörmüz boğazını bağlaya bilər. ABŞ artıq boğazın bağlanmasına imkan verməyəcəyini bəyan edib. Vaşinqton həmçinin bu münaqişənin dünya iqtisadiyyatına təsirini, neftin qiymətinin sürətlə bahalaşa biləcəyini nəzərə alır». /apa/

Leon Panetta «The Washington Post» qəzetində yazılanlara şərh vermək istəməyib.

«David İgnatius [köşə yazarı] nə istəyir, yaza bilər» - deyə o, bildirib.
XS
SM
MD
LG