Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:18

AŞPA nümayəndələri Azərbaycandakı demokratiyanı necə gördülər?


Pedro Agramunt və Joseph Grech
Pedro Agramunt və Joseph Grech
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntJoseph Grech Bakıda mətbuat konfransı keçirilir.

MƏTBUAT KONFRANSINDA DEYİLƏNLƏRDƏN

AzadlıqRadiosunun sualı:

- Azərbaycan rəsmiləri iddia edirlər ki, 2 apreldə həbs olunanlar siyasi motivlərlə deyil, qanunu pozduqlarına görə həbs olunublar. Belə yanaşmaya Sizin münasibətiniz necədir.

Pedro Agramunt:

- Bizim münasibətimiz əhəmiyytli deyil. Biz hakimiyyət nümayəndələrindən də, həbs olunanlardan da onların münasibətini öyrəndik. Bizə elə gəlir ki, bu xüsusi bir vəziyyətdir və çox böyük ümidlərmiz var ki, məhbuslar tezliklə azad olunacaqlar. .

...Biz aydın şəkildə fikrimizi ifadə etdik ki, nümayiş vaxtı həbs olunanlar azad olunacaqlar və buna güclü ümidimiz var.

...Mənim ölkəmdə kimsə nümayişə gedib nəyisə qırırsa, nəyisə dağıdırsa - bu siyasi məsələ deyil, kriminal məsələdir. Amma istərdik ki, bu məsələdə daha çox açlqlıq olsun.

EVLƏRİN SÖKÜLMƏSİ, QARABAĞ VƏ DİGƏR MƏSƏLƏLƏRLƏ BAĞLI DEYİLƏNLƏR

- Bakıdakı evlərin sökülməsi ilə Pedro Agramunt dedi ki, biz ölkə rəhbərliyini daha çox şəffaflığa və kompensasiyaların daha ədalətli ödənilməsinə çağırmışıq.

- Rəhbərliklə müzaikrələrdə 2 apreld həbs olunan 16 nəfərin məsələsini qaldırdıq və ümudizimi ifadı etdik onlar buraxılacaqlar.

- Qarabağ münaqişəsi əslində "donmuş münaqişəsi" deyil. Sərhəd zonasında hər il insanlar həlak olur və bu bizi narahat edir, başa düşürük ki, Azərbaycan müharibə şəraitindədır.


Həmməruzəçilər yanvarın 31-dən Bakıdadırlar. Onlar Azərbaycan rəsmiləri, müxalifət və ictimaiyyət nümayəndələri ilə görüşüblər. Məqsəd Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının vəziyyəti ilə tanış olmaqdır.
XS
SM
MD
LG