Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:33

Tanınmış yazarlar, aktyorlar və jurnalistlər Putinə qarşı


Jurnalist Parfyonov "Seçici Liqası"nın təsis konfransında. 12 yanvar, 2012
Jurnalist Parfyonov "Seçici Liqası"nın təsis konfransında. 12 yanvar, 2012
“Seçici liqası”. Bu sözü deyəndə ağla birinci nə gələ bilər? Hər halda ilk olaraq rok musiqiçisi, detektiv yazarı, aktrisa yox...

Amma indi Rusiyada vəziyyət elə dəyişib ki, “Seçici liqası” adlı təşkilatı tanınmış rokçu Yuri Şevçuk, məşhur şair Dmitri Bıkov, ən çox oxunan detektiv yazarlarından olan Boris Akunin və populyar aktrisa Tatyana Lazareva yaradıblar.

Onlar martın 4-dəki prezident seçkilərinin azad və ədalətli keçirilməsinə çalışacaqlarını bildirirlər.

Ötən həftənin sonu – yanvarın 29-da Liqa Moskvada çox orijinal bir aksiya təşkil etdi. Yüzlərlə şəxs Moskvada – Sadovı koltsoda öz şəxsi avtomobilləri ilə etiraz aksiyasına qoşuldular. Onlar bu yolla fevralın 4-də keçiriləcək mitinqi şəhər sakinləri arasında reklam etməyə çalışdılar.

Son parlament seçkilərindən sonra müxalifət qüvvələri və ictimai fəallar seçki saxtakarlıqlarına etiraz olaraq ard-arda mitinqlər keçirirlər.

Şair Dmitri Bıkov hakimiyyətin prezidentliyə namizədi, baş nazir

Vladimir Putinə xəbərdarlıq edib ki, cəmiyyətdəki etirazçı ovqata barmaqarası baxmasın:

- Rusların atları yəhərləməsi uzun çəkir, amma bunu edəndən sonra atı çox sürürlər. İndi cəmiyyət yəhərdədir. Buna optimal reaksiya dialoq ola bilərdi. Amma biz belə bir dialoqu görmürük.

Təxminən 10 il qabaq Putin hakimiyyətə gələndən sonra ziyalıların cəmiyyətdəki problemlərə etiraz səsi zəif eşidilirdi. Amma son vaxtlar seçki saxtakarlıqları ilə mübarizəyə hətta vaxtilə Kremllə yaxşı münasibəti olmuş ziyalılar da qoşulublar.

Məsələn, bir qədər əvvələcən hakimiyyətyönlü televiziyalarda çalışmış Leonid Parfyonov.

Yazıçı Akunin (solda) və müxalifət liderlərindən Nemtsov
Yazıçı Akunin (solda) və müxalifət liderlərindən Nemtsov
Sosioloq Boris Kaqarlitski deyir ki, rus ziyalıları cəmiyyətdəki siyasi və ictimai dəyişikliklər dövründə həmişə həlledici rol oynayıblar.

- Bu, Sovet İttifaqında islahatlar, demokratik dəyişikliklərin baş verdiyi 1960-cı və 1980-ci illərdə də belə olub. Həmin dalğaların da önündə tanınmış ziyalılar gedib.

1960-cı illərdə Xruşşovun stalinizmə “müharibə” elan etdiyi vaxtlarda Andrey Sinyavski, Yuli Daniel kimi yazıçıların əsərləri xaricə keçirilib və sovet reallıqları haqda həqiqətləri Qərbə çatdırıb. “Perestroyka” dövründə isə həmin dalğanın önündə jurnalist Aleksandr Kabakov, “Oqonyok” kimi dərgi gedib.

İndi hökumətə qarşı etiraz aksiyalarında çoxdanın müxalifət liderləri Qriqori Yavlinski və Boris Nemtsov da görünür. Amma kütlənin – çıxışını daha çox alqışladığı şəxslər jurnalist Leonid Parfyonov, tanınmış yazıçı Boris Akunindir.

Akunin baş nazir Putini daha çox qıcıqlandırır

Putinin bildirdiyinə görə, Akunin müxalifətə ona görə qoşulub ki, bir gürcü olaraq Rusiyaya düşmən münasibət bəsləyir.

Akunin təxəllüsdür, yazıçının əsl adı Georgi Çxartişvilidir.

Akunin isə bildirir ki, ziyalıların daha populyar olması Putin dövründə siyasətçilərin gözdən düşməsi ilə bağlıdır:
Stanislav Qovoruxin (arxa planda) və Vladimir Putin
Stanislav Qovoruxin (arxa planda) və Vladimir Putin

- Xalq öz arasında tanıdığı adamları görmək istəyir. Həmin adamlar da kimlərdi? Kitab yazanlar, film çəkənlər, mahnı oxuyanlar. Xalq ön cərgədə siyasətçiləri görmək istəmir.

Ən vacib olanı isə odur ki, bizim hər birimiz peşəkarıq. Meydandakı insanların çoxu peşəkarlardır. Xalq bizi özününkü sayır, siyasətçilərsə onlar üçün yaddır.

Ziyalıların sözünün xalq üçün daha çatımlı olması faktorundan baş nazir Putin də faydalanmağa çalışır.

Məşhur rejissor Nikita Mixalkov Putini dəstəkləyən ziyalılardandır.

Hazırda Putinin seçki qərargahının rəhbəri isə tanınmış kinorejissor Qovoruxindir.
XS
SM
MD
LG