Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Aqşin Mehdiyev: Azərbaycandakı dəyişiklikləri yalnız kor görə bilməz


Aqşin Mehdiyev
Aqşin Mehdiyev
“Azərbaycan beynəlxalq qanunlar çərçivəsində nüvə enerjisindən dinc məqsədlə istifadə edilməsini dəstəkləyir. Eyni zamanda nüvə silahının yayılmasının da əleyhinədir. Amma hansısa nüvə proqramının dinc məqsədli olub-olmamasını müəyyən etmək ekspertlərin işidir”.

Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehdiyev Azadlıq Radiosunun New-York-dakı müxbiri Courtney Brooks-a müsahibə verib. BMT artıq bir neçə dəfə mübahisəli nüvə proqramına görə İrana sanksiya qoyub. Azərbaycan isə bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilib.

Əgər hər şeyi ekspertlərin öhdəsinə buraxmaq lazımdırsa, onda səfirin BMT-nin atom enerjisi agentliyinin ekspertlərinin İranla bağlı hazırladıqları və İranın atom silahı yaratmaq istiqamətində çalışdığı vurğulanan hesabatına münasibəti necədir?

Aqşin Mehdiyev deyib ki, Azərbaycanın böyük qonşularından olan İranla bağlı məsələ böyük həssaslıq tələb edir.

O, İranla bağlı vəziyyəti bundan əvvəl kütləvi qırğın silahının axtarıldığı, amma əslində mövcud olmadığı “bəzi ölkələr”lə müqayisə edib.

"ILK NÖVBƏDƏ MÜŞAHİDƏ MİSSİYASINA QULAQ ASMAQ LAZIMDIR"

BMT Suriya ilə də bağlı sərt mövqe tutub, hətta BMT-nin baş katibi Ban Ki Mun dinc əhaliyə qarşı zorakılıqlara görə prezident Bəşər Əsədi istefa verməyə çağırıb.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Azərbaycanın Suriyadakı vəziyyətlə bağlı mövqey necədir?

Ərəb Ölkələri Liqasından olan müşahidəçi Dəməşqdəki partlayışda yaralananla danışır, 06 yanvar 2012
Ərəb Ölkələri Liqasından olan müşahidəçi Dəməşqdəki partlayışda yaralananla danışır, 06 yanvar 2012
A.Mehdiyev deyir ki, bütün tərəflər dərhal zorakılığa son qoymalıdırlar.

O, Ərəb Ölkələri Liqasının Suriyaya göndərdiyi missiyanı tam dəstəkləyir və missiyanın müddətinin uzadılmasına tərəfdardır.

Bəs əgər BMT-də Suriyaya qarşı sərt sanksiyalar qoyulması məsələsi gündəmə gələrsə, Azərbaycan bunu dəstəkləyərmi?

Mehdiyevin qənaətinə görə, ola bilər ki, Suriyada vətəndaş müharibəsi başlansın, amma bu ölkəyə münasibətdə hansısa qərar verərkən ilk növbədə monitorinq missiyasının fikrinə qulaq asılmalıdır.

“Biz hər şeydən əvvəl situasiyanı aydınlaşdırmalıyıq və inanırıq ki, problemi həll etməyin ən yaxşı yolu dialoqdur”.

A.Mehdiyev deyir ki, Azərbaycanın ən böyük qonşusu olan Rusiyanın Qarabağ probleminin həllində maraqlı olduğuna inanır:

“İnanıram ki, Rusiya stabil, sakit qonşularının olmasını istəyir, çünki cənubi Qafqazda hər hansı münaqişə, yeni konflikt Rusiyanı da çətin vəziyyətə salardı”.

"MÜXALİFƏT QƏZETLƏRİNƏ BAXSANIZ..."

Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanı insan haqlarının vəziyyətinə görə tez-tez sərt tənqid edirlər. Səfir bu tənqidləri haqlı sayırmı?

A.Mehdiyev bildirir ki, keçmiş kommunist respublikası olan Azərbaycan 20 ildir müstəqildir.

“Bütün bu 20 ili biz qonşu ölkə olan Ermənistanla müharibə şəraitində yaşamışıq.

Normal halda, əgər hansısa ölkə müharibə vəziyyətindədirsə, orada demokratik islahatlar haqda danışmaq mümkün deyil.

Müharibə şəraitinin öz çətinlikləri var. Amma buna baxmayaraq biz xeyli iş görmüşük.

Azərbaycandakı dəyişiklikləri yalnız korlar görə bilməz. Məsələn, siyasi sistemdəki islahatlar: hər sahədə
Polis müxalifətçilərin aksiyasını icazəsiz olduğunu əsas gətirib dağıdır, 12 mart 2011
Polis müxalifətçilərin aksiyasını icazəsiz olduğunu əsas gətirib dağıdır, 12 mart 2011
islahatlar gedir, bizdə müxalifət qəzetləri, tam bir fikir azadlığı var, əgər Azərbaycandakı müxalifət qəzetlərinə baxsanız, orada nə istəsəniz, oxuya bilərsiz”.

Bu günlərdə “Freedom House” təşkilatı da Azərbaycanı “qeyri-azad” ölkələr siyahısına salıb.

A.Mehdiyev deyir ki, “Freedom House”un fikirləri bəzən çox birtərəfli olur.

“Onlar bir jurnalist haqda danışırlar. Amma bizim yüz minlərlə qaçqın və məcbur köçkünümüz haqda heç nə demirlər. Onlar başqa ölkələrdəki, məsələn, Ermənistandakı seçkilər haqqında danışmırlar. Buna görə də onlara ciddi yanaşmayın”.

Azərbaycanın BMT-dəki səfiri deyir ki, hökumət ölkədə demokratiyanı inkişaf etdirməkdə qərarlıdır.

“Amma biz bunu kimə görəsə yox, özümüzə görə edirik. Hər bir ölkənin öz tarixi, ənənələri var. Demokratiya ilk növbədə hər bir cəmiyyətin ənənələrinə hörmət çərçivəsində olmalıdır. Əgər hansısa jurnalist məni təhqir edirsə, bu, Azərbaycanda qəbuledilən bir hal deyil. Mən başa düşürəm ki, sizin bu məsələ ilə bağlı düşüncə tərziniz bir qədər fərqlidir. Amma mən heç kəsin məni, yaxud ailəmi təhqir etməsini qəbul etmərəm – hətta həmin şəxs jurnalist olsa belə. Bu yalnız bir nümunədir, belə nümunələri çox gətirmək olar”.
XS
SM
MD
LG