Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Qazaxıstanda işgəncə şahidi: "Qızları soyundurmuşdular"


Qazaxıstanda mitinqçilərin güllələndiyi anlar
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Dekabrın 20-də YouTube portalına yerləşdirilən bu videoda Qazaxıstanın Janaozen şəhərində polisin etiraz aksiyası iştirakçılarına atəş açdığı əksini tapır. Deakbrın 16-da həmin şəhərdə neftçilərin keçirdikləri aksiya zamanı baş verən qarşıdurmada rəsmilər

Dekabrın 16-da Qazaxıstanın Janaozen şəhəri qanlı iğtişaş səhnəsinə çevriləndə Asem Kenjebayeva da gözləmədiyi halda polis idarəsinin zirzəmisinə salınır.

21 yaşlı Asem həmin gün evdən çıxıb geri qayıtmayan atasını axtarırdı. Atası xəstəxanadakı qohumlarına baş çəkməyə gedibmiş:

“Axşam saat 10 radələrində mən atamı axtararkən polis məni xəstəxananın yaxınlığında saxladı” – deyə Kenjebayeva neftçilərlə polis arasında qanlı toqquşmanın baş verdiyi həmin günü xatırlayır.

O deyir ki, polis küçədə gördüyü hər kəsi həbs edirmiş. Onu da tutub polis idarəsinə aparıblar.

"QIZLARI SOYUNDURMUŞDULAR"

Kenjebayeva bildirir ki, zirzəmidə həbs edilənlərə işgəncə verildiyinin, onların alçaldığının şahidi olub.

“Mən orada bir neçə saat qaldım. Gözlərim önündə dəhşətli şeylər baş verirdi. Orada çoxlu adam vardı. Amma mən onların üzünü görə bilmirdim, çünki qaranlıq idi”.

Kenjebayeva xatırlayır ki, onun yanındakı 5, yaxud 6 qızı soyundurublarmış və polis onları ayaq üstdə durmağa məcbur edibmiş:

“Küncdə də bir neçə qız vardı. Maskalı adamlar dəyənək və qayışlarla qızların dizlərinə vururdu”.

Kenjebayeva deyir ki, sonra maskalı şəxslər “qızları saçından tutdu və başqa otağa apardı. Oradan onların çığırtısı gəlirdi”.

Döyülsə də, Kenjebayeva qorxduğu ən pis işin başına gəlmədiyini bildirir:

“Məni qasıq ətrafı nayihəmdən vururdular, boğurdular. Maskalı şəxs məndən soruşdu ki, məni yenicə gətiriblərmi? Mən “hə” dedim. Qorxurdum ki, onlar məni də soyunduracaqlar. Həmin adam başqa bir maskalıya dedi ki, məni yuxarı çıxarsın. Onlar məni dindirmə otağına apardılar. Bilirdim ki, əgər məni yenə zirzəmiyə qaytarsalar, bir də ordan qurtula bilməyəcəm. Mən rəisə yalvardım ki, çıxıb getməyimə icazə versin. Gecə saat 4-də o məni azad etdi”.

1 HƏFTƏ SONRAKI ZİRZƏMİ...

Azadlığa buraxılandan sonra Kenjebayeva baş verənlərin araşdırılması üçün hökumətin təsis etdiyi istintaq komissiyasına müraciət edib.

O, komissiya üzvü ilə birlikdə həbsindən 1 həftə sonra yenidən həmin polis idarəsinə gedib. Gördüklərindən şoka düşüb:

“Polislər mənə zirzəmini göstərəndə az qala özümdən gedəcəkdim. Sanki 1 həftə əvvəl
Polis Janaözen-in girəcəyində vətəndaşları yoxlayır... 26 dekabr 2011
Polis Janaözen-in girəcəyində vətəndaşları yoxlayır... 26 dekabr 2011
gördüklərim qorxunc yuxu imiş. Sanki orada heç nə baş verməmişdi. Zirzəmi tər-təmiz silib-süpürülmüşdü. Sanki xəstəxana palatası idi. Polislər deyirdilər ki, orada heç nə baş verməyib. Nə həbs edilənlərdən əsər-əlamət vardı, nə də ki döyülənlərin yerdəki qan izlərindən. Görəsən, o adamların aqibəti necə oldu – saxlanan qadınlar, gənc qızlar, oğlanlar indi hardadır?”

Asemin atası Bazarbay Kenjebaev həmin müdhiş gecədən 2 gün sonra evə qayıdıb. Polislər onu möhkəm döyüblərmiş. Ata öz yaxınlarına deyib ki, polis onu həbs edərək bir neçə nəfərlə birlikdə idarənin qarajında saxlayıb.

Kenjebayeva deyir ki, atasını dərhal xəstəxanaya yerləşdiriblər, amma o, aldığı ağır xəsarətlərdən dekabrın 24-də vəfat edib.

HAKİMİYYƏT TƏKZİB EDİR

Kenjebayeva deyir ki, o heç olmasa atasının başına nə gətirildiyini bilir, atası evə qayıdıb, amma ondan fərqli olaraq onlarla insan morqlar və xəstəxanalarda yaxınlarını axtarmaqda davam edir, amma tapa bilmir.

Kenjebayeva düşünür ki, hakimiyyət orqanları iğtişaşalar zamanı tutulanlara verilmiş işgəncələrin izini itirməyə çalışır.

Azadlıq Radiosunun qazax xidməti Janaozendəki polis idarəsi ilə əlaqə yarada bilməyib, amma yerli hakimiyyət orqanları işgəncə faktları haqda məlumatları rədd ediblər.

Janaozendəki komendant saatının yerinə yetirilməsinə məsul olan Amanjol Kabilov deyib ki, polis zorakılığı ilə bağlı iddiaları araşdırmaq üçün 3 müxtəlif komissiya yaradılıb.

Hakimiyyət iğtişaşlar zamanı 16 nəfərin öldüyünü, təqribən 100 nəfərin xəsarət aldığını bildirir. Yerli sakinlər isə deyir ki, hakimiyyət qurbanların sayını xeyli az göstərir.
XS
SM
MD
LG