Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Heydər Əliyev gənc siyasətçilərin gözü ilə...


Turan İbrahimov
Turan İbrahimov
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həziyev və hökumətin kursunu dəstəkləyən Turan İbrahimov Heydər Əliyev barədə fikirlərini bölüşürlər.

Turan İbrahimov:

- Heydər Əliyevə olan sevgi ümumxalq sevgisidir, reallığın tələbidir və olması gərəkən bir şeydir. Ulu öndər, ümummilli lider Heydər Əliyevi mən müasir Azərbaycan Respublikasının banisi və bizim millətin ümumiləşmiş bir lider simvolu hesab edirəm.

Seymur Həziyev:

- O millətlər parlaq şəxsiyyət haqda danışırlar ki, onların gözünə qaranlıq çöküb. Yəni, Heydər Əliyev Azərbaycan xalqının gözünə qaranlıq çökdürüb, sonra özünü parlaq şəxsiyyət kimi göstərmiş bir adamdır. Nümunə kimi biz Yaxın Şərqdə uçurulan heykəlləri göstərə bilərik. Şərqi Avropada asılan avtoritar liderlər də buna nümunədir. Əliyevlər rejimi tankın üstündə hakimiyyətə gəlib deyirlər ki, biz bu xalqdan səs almışıq. Nə qədər etikdir ki, səs aldığın xalqın üstünə ordu yeridəsən? Bu, çox absurddur.

Turan İbrahimov:

- Heydər Əliyev vaxtilə tankların şəhəri dağıtdığı bir mühitdə hakimiyyətə gəlib və onların hamısını sakitləşdirdi.

Seymur Həziyev:

- Azərbaycanda akademik güllələnib, general güllələnib, ermənilərə qarşı döyüşmüş OMON-çulara qarşı şəhərin mərkəzində qətliam edilib.

Turan İbrahimov:

- Üsyan qaldırmışdılar, cavablarını aldırlar. Bu, suverenliyə qarşı bir akt idi.

Seymur Həziyev:

Seymur Həziyev
Seymur Həziyev
​- Bu, hələ sübut olunmayıb. Obyektiv istintaqı da olmayıb.

Turan İbrahimov:

- Bəs niyə istintaqı olmamış bir şey haqqında hökm kimi danışırsınız?

Seymur Həziyev:

- Siz bu ictimai cinayətlərin üstünün açılmamasını dəstəkləyirsinizmi?

Turan İbrahimov:

- Məsələni başqa səmtə çəkməyin.

Seymur Həziyev:

- Bir hökumətin 2 naziri korrupsiyaya görə həbs olunubsa, mən bu hökumətin içərisində bu cinayətin şəriklərini axtarıram. Heydər Əliyevin nazirləri bundan ibarətdirsə, o necə ümummilli lider ola bilər?

Turan İbrahimov:

- İnsanların şəxsi keyfiyyətləri ilə bağlı bir sıra uğurları, uğursuzluqları var. Sizin dediyiniz həbs olunmuş adamlar məsuliyyəti özləri daşıyır. Bunu kimlərəsə aid etmək olmaz. İstənilən hökumətdə təmsil olunan şəxsin korrupsiya halına bulaşmağı mövcuddur. Amma bunu hər şeyi adlayıb qurucu liderin adına yazmaq düzgün deyil. Bu demaqogiyadır.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG