Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

İran ələ keçirdiyi ABŞ-ın kəşfiyyat təyyarəsini nümayiş etdirib


İran hərbçiləri təyyarənin özəlliklərini izah edirlə. 8 dekabr 2011
İran hərbçiləri təyyarənin özəlliklərini izah edirlə. 8 dekabr 2011

İranın dövlət televiziyası ABŞ-ın bir pilotsuz təyyarəsini nümayiş etdirib ki, bunu vurub salaraq ələ keçirmişik. Tehran iddia edir ki, ABŞ-ın bu kəşfiyyat təyyarəsini ölkə ərazisində vurublar, amma təyyarə o qədər də zərər çəkmədən ələ keçirilib.

ABŞ rəsmiləri ötən həftəsonu bir təyyarəni itirdiklərini təsdiq edirlər. Amma Pentaqonun sözçüsü dekabrın 8-də jurnalistlərə deyib ki, rəsmilər bu cür missiyalar haqqında heç bir məlumat vermirlər.

Amma bəzi xarici siyasət rəsmiləri "The New York Times"-a bildiriblər ki, RQ-170 markalı bu insansız müşahidə təyyarəsi İranın nüvə zavodları barədə məlumat toplaya bilərdi.

Elə Tehranın bu videokadrları nümayiş etdirdiyi gün ABŞ prezidenti Barack Obama deyib ki, ABŞ İranın nüvə silahları əldə etməsinin qarşısının alınmasında beynəlxalq ictimaiyyətlə birlikdə işləyir. Tehran isə nüvə silahı əldə etməyə çalışması barədə deyilənləri daim rədd edir.

RQ-170 təyyarəsi nə iş görür?

ABŞ uzun illər İranın gizli nüvə fəaliyyətini izləmək üçün peyklərdən istifadə edib.
Amma RAND Corporation şirkətindən hərbi təhlilçi Jason Campbell hesab edir ki, QR-170 təyyarələri ABŞ kəşfiyyatı üçün yeni və bənzərsiz imkan yaradır: “Kəşfiyyat baxımından bu təyyarənin işi əvəzsizdir.

Onlar olduqca yüksəkdə, 15 kilometrə qədər yuxarıda uça bilir. Saatlarla havada qalıb elektron kommunikasiyaları tutur, havada kimyəvi dəyişiklikləri qeydə alır, bununla da konkret hansısa ərazilərdə nüvə sahəsində işlərin getdiyini təyin etmək mümkün olur.

Bu təyyarələr həmçinin təkcə şəkillər çəkmir, həm də obyektin hərəkətinə uyğun olaraq yerini dəyişməklə video da verir. Bu da yerdə nə baş verdiyi daha aydın görməyə imkan verir. Belə keyfiyyətli kəşfiyyat məlumatlarını peyklərlə almaq mümkün deyil.”

İndi ABŞ-da narahatlıqlar var ki, İran Çin və Rusiyanın yardımı ilə bu texnologiyanın incəliklərini öyrənib onun nümunələrini yarada bilər. Bu təyyarələrin radara yaxalanmaması üçün istifadə edilən texnologiya da ola bilər Pekin və Moskvaya məlum deyil.

İran bu təyyarəni vurub ələ keçirib?

Bu təyyarənin necə yerə düşdüyü də hələ aydın deyil. İranda İslam İnqilabı Qvardiyasının hava qüvvələrinin komandanı dekabrın 8-də bildirib ki, onlar həmin təyyarəyə elektron tələ quraraq yerə endiriblər. Amma ABŞ rəsmiləri bu ssenarini rədd edirlər. Onların ehtimalına görə sadəcə olaraq təyyarədə texniki nasazlıq yaranıb və ona görə yerə düşüb.

Hərbi təhlilçi Campbell isə deyir ki, bu cür təyyarələrdə hər hansı texniki problem yarananda buraxıldığı hərbi bazaya qayıdır. Amma görünür, bu hadisədə nəsə plan üzrə işləməyib. Ola bilər özünü məhvetmə mexanizmi də çalışmayıb. Campbell həm də əlavə edir ki, təyyarənin yerə düşməsinin əsl səbəbi yəqin ki, uzun illər gizli saxlanacaq.
XS
SM
MD
LG