Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Millət vəkillərindən kitaba dəstək


• "Əgər əlavə dəyər vergisi götürülsə, kitabların qiyməti ucuzlaşar və oxucuların istədikləri kitabı əldə etmək şansi artar".

Bu fikri bu yaxınlarda “Onun sevgi məktubları” romanı ilə oxucuların görüşünə gələn millət vəkili Qənirə Paşayeva bildirib.

"Kitab üzərindən ƏDV-nin qaldırılması mənim ürəyimcə olan bir məsələdir. Çünki bu, həm yazarlar üçün, həm də elə oxucular üçün önəmlidir. Birbaşa kitabın təbliğinə yönləndirilimş bir addımdır. Mən öz adımdan deyə bilərəm ki, bu məsələ ilə bağlı öz fikir və təkliflərimi parlamentin növbəti iclaslarında səsləndirəcəm".

Kitab üzərindən ƏDV-nin götürülməsi təşəbbüsü ilə “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu çıxış edib.

Eyni zamanda millət vəkilləri və yazıçıların iştirakı ilə Azərbaycan Yazıçılar birliyində məsələ ilə bağlı dəyirmi masa keçirilib, naşir bu məsələnin Milli Məclisin iclasında müzakirəyə çıxarılması təklifi ilə millət vəkillərinə müraciət edib.

Millət vəkili Fazil Mustafa da kitab üzərindən ƏDV-nin qaldırılmasını dəstəkləyir:

“Əgər bu məsələ ilə bağlı təklif varsa, əlbəttə ki, mən də öz növbəmdə bu işin tərəfdarıyam. Onsuz da kitab gəlir gətirən sahə deyil. Kitab üzərinə qoyulan vergi aradan qaldırılsa, əlbəttə, həm yazarların, həm də oxucuların xeyrinə görülmüş bir iş olar. Növbəti parlament iclaslarında bu məsələ qaldırılsa, mən də dəstəkləyənlərdən biri olacam”.

Millət vəkili, yazıçı Aqil Abbas kitab üzərindən ƏDV-nin götürülməsi ilə bağlı atılan addımlara tam dəstək verir:

“Yaxşı haldır ki, artıq məsələ ilə bağlı ilk addımlar atıldı. AYB-də kitab üzərindən ƏDV-nin götürülməsi ilə bağlı dəyirmi masa keçirildi və MM-ə müraciət edildi. Yəqin ki bir qrup ziyalı bi məsələni parlament iclasında
İqbal Ağazadə
İqbal Ağazadə
qaldıracaq. Mən həm də bir yazıçı olaraq bu məsələnin tərəfdarıyam. Düzdür, mən öz kitablarımı hədiyyə edirəm, kitabxanlara verdiyim kitablara da nə qiymət qoyuram, nə də dükanlarda satılan kitablarımın pulunu gedib götürürəm. Hətta deyirəm ki, imkanı olmayan, ancaq kitabla maraqlanan oxuculara mənim kitablarımı hədiyyə edin. Ancaq bu vergi kitab üzərindən qaldırılsa, əlbəttə ki, oxucular üçün də yaxşı olar. Məsələ parlamentdə qaldırıldığı halda, mən də dəstək verənlərdən biri olacam”.

"Ümid" Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də eyni mövqedədir: "Mən çox istərdim ki, kitab üzərindən ƏDV götürülsün. Bu məsələ ilə bağlı əlaqədar şəxslər şəxsən mənə müəyyən bilgilər versə, müraciət etsələr, növbəti parlament iclaslarında mütləq mən də öz təkliflərimi verərəm. Bu işi çox ürəklə dəstəkləyirəm."

By arada AYB-nin katibi Çingiz Abdullayev bildirib ki, onlar kitab üzərindən ƏDV-nin qaldırılması ilə bağlı artıq MM-ə öz müraciətlərini göndəriblər:

"Əvvəlcə komissiya bu məsələyə baxacaq və növbəti parlament iclaslarında məsələ qaldırılacaq".

Cəlil Cavanşir, Elnaz Eyvazlı
XS
SM
MD
LG