Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:44

Akunin: Putini Qəddafinin aqibəti gözləyir


Boris Akunin
Boris Akunin
Tanınmış Rusiya yazıçısı Boris Akunin (Qriqori Çxartişvili) gələn ilin martında keçiriləcək prezident seçkilərini boykot etməyə çağırıb.

O öz bloqunda bir neçə gün əvvəl başa çatmış parlament seçkilərini "rüsvayçılıq" adlandlrlb və müxalifət liderlərini belə seçkilərə qatılmamağa çağırıb.

Akunin məxsusi olaraq "Yabloko"nun lideri Qriqori Yavlinskiyə müraciət edərək bildirib ki, əgər o, seçkini boykot etsə, "yenidən xalqın hörmət və etimadını özünə qaytarar".

Yazıçı Kommunist Partiyasının rəhbəri Gennadi Züqanova da eyni çağırışla müraciət edib.

Akunin müxalifət liderlərini "hakimiyyətin çaldığı havaya oynayanlar" sayır.

Yazıçı hesab edir ki, etirazın ən yaxşı forması boykotdur:

"Qoy bütün ölkə boyu plakatlar asılsın, seçki məntəqələri isə boş qalsın. Qoy yalnız "karuselçilər" avtobuslarla səsverməyə getsin. Müxalifət seçkiyə müşahidəçi də göndərməsin. Qoy "juliklər" qutulara büllletenləri lap samosvalla doldursunlar".

Yazıçı hesab edir ki, "utanmadan saxtalaşdırılan" son parlament seçkiləri vətəndaş cəmiyyətinin sıralarını daha da genişləndirib.

Akunin bloqunda yazıb ki, yenidən prezident olmaq istəyən baş nazir Putini Liviya lideri Qəddafinin aqibəti gözləyir: "O bunu istəmirsə könüllü istefa verməlidir".

Hazırda müxalifətçilər seçkidə qələbəsi elan edilən hakim Vahid Rusiya Partiyasına qarşı Moskva və başqa böyük şəhərlərdə etiraz aksiyaları keçirirlər. Aksiyaları dağıtmaq üçün iqtidar polis və ordunun gücündən istifadə edir.
XS
SM
MD
LG