Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47

Aytən Nəsibbəyli. Ağla


Bir gün ağlamaq istəsən əgər.
Ağla
Ağla
“ölüb”gedən o yazıq qızın ardınca ağla
Bir dəyəri oldu bəlkə.

Bir gün ağlamaq istəsən əgər
Eləcə boş-boşuna ağla .
Bir səbəbi olmadan .
Bu dünyada səbəbini itirmiş o qədər dərd var ki .

Bir gün ağlamaq istəsən əgər.
Ağla .
Hönkür-hökür
Dəli kimi ağla .
Ağla qoy bilməsinlər
Kimdi “dəli”
Sən yoxsa dərdin?


Bir gün ağlamaq istəsən əgər
Ağla …
Ağla……
XS
SM
MD
LG