Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Azərbaycanda maaş alanların sayı azalır, iş yerlərisə artır... Bu necə ola bilər?




Turan Informasiya Agentliyi statistik məlumatlarda ziddiyyət tapıb.

Agentlik yazır ki, Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-cu ilin əvvəlində əmək haqqı alan muzdlu işçi sayı 1 milyon 382 min 900 nəfər idisə, oktyabrın əvvəlində 1 milyon 366 min 900 nəfər olub.

Başqa sözlə, muzdlu işçi sayı il başlanandan 16 min nəfər və ya 1,2% azalıb.

Dövlət Sytatistika Komitəsinin o biri məlumatına görə, ilin əvvəlindən ölkədə 70 min yeni iş yeri açılıb.

Əgər maaş alan muzdlu işçi azalıbsa, onda yeni iş yerləri hansı prinsiplə işləyən iş yeridir?

Ya burda maaş vermirlər ya da günəmuzd, təsadüfi işdir.

Turan İnformasiya Agentliyinin buna izahı belədir ki, hökumət yeni iş yerlərinin açıldığını deyəndə 1 mln nəfərin işə düzəlməsini yox, işə götürürülə bilən adamların sayını nəzərdə tutur.

"Məsələn, hansısa regionda emal müəssisəsi yaradılır və orada 100 nəfər işə düzələ bilər. Hökumət açılan iş yerlərinə 100 yer əlavə edir. Hökumətə maraqlı deyil ki, orda heç olmasa 10 nəfər işə düzəldimi?”
XS
SM
MD
LG