Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Putinin fitə basılması xəbəri Rusiyada polemikalara səbəb olub


Putin Feodor Emelianenko-nu təbrik üçün tatamidə, 20 noyabr, Moskva.
Putin Feodor Emelianenko-nu təbrik üçün tatamidə, 20 noyabr, Moskva.


Noyabrın 20-də Moskvada 22 min fanatın qarşısına çıxan Rusiyanın Baş naziri Vladimir Putin pərt olub. Hər halda Rusiya mediası belə yazır.

Yerli jurnalistlərin verdikləri məlumata görə rus idmançı Fedor Emelianenko-nu ABŞ idmançısı Jeff Monson üzərində qələbəsi münasibətilə təbrik etməyə çıxan Vladimir Putini tamaşaçılar fitə basıblar.

Özü də cüdo həvəskarı olan 59 yaşlı Putin ətrafda eşitdiklərinə fikir vermədən alovlu vətənpərvər ruhlu təbriki davam etdirir.

Youtube vidopaylaşma şəbəkəsində yayılan videoda da Baş nazir çıxış edərkən kənardan fit, hay-küy səsləri gəlir.



İndi bu hadisə Rusiyada əməlli-başlı polemika mövzusuna çevrilib. Videonu incələyən təhlilçilərin bəziləri deyirlər ki, xeyr, Putin fitə basılmayıb, sadəcə olaraq azarkeşlər Baş nazirin bu cür jestini və idmançının parlaq qələbəsini alqışlayırlar. Yəni, Putin çıxış edərkən eşidilən hay-küy azarkeş emosiyalarının təzahürüdür, siyasi etiraz deyil.

Müxalifətə meylli təhlilçilər isə hesab edirlər ki, azarkeşlər elə birbaşa Putini hədəfə almışdılar. Onlar öz bloqlarında qeyd edirlər ki, bu hadisə artıq Rusiyada ən güclü siyasətçi imicində tanınan Putinin erasının sonunun çatdığını nümayiş etdirir.

Sosioloqlar isə Putinlə Medvedevin reytinqində durğunluq olduğunu bildirirlər. Hakimiyyətə loyal olan rəy sorğularından birinin rəhbəri Valeri Fyodorov bildirib ki, prezident və baş nazirə etimad 2008-ci ildə 60-70 faiz olub. 2010-cu ilin əvvəlində isə bu etimad 50-60 faiz olub.
XS
SM
MD
LG