Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Suriyada hakim partiyanın qərərgahı atəşə tutulub


Suriyanın paytaxtı Dəməşqdə hakim Bəəs partiyasının qərərgahı qumbaraatanlardan atəşə tutulub.
Bu barədə şahidlər xəbər verirlər.
İtki və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Bu martda ixtişaşlar başlayandan bu yana ölkədə baş verən ilk belə hadisədir.
Ölkədə polislə müxalifət tərəfdarları arasında toqquşmalar davam edir.
Şənbə günü azı daha 15 adamın öldürüldüyü xəbər verilir.
Qan tökülməsinin dayandırılmasıyla bağlı Ərəb Dövlətləri Liqası ölkələrinin Suriya hakimiyyətinə verdiyi vaxt dünən başa çatıb.
Prezident Bashar Assad bu ərəfədə Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində beynəlxalq təzyiqlərə boyun əyməyəcəyini, xaricdən müdaxilə olacağı halda isə ölüməcən mübarizə aparmağa hazır olduğunu bildirib.
XS
SM
MD
LG