Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:17

«Rastomoşkada» «vahid pəncərə» nəyi dəyişib?


Avtomaşınlar Bakının gömrük qapısında
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

Maarif Çingizoğlunun bu sərhsiz görüntüləri, "«Rastomoşkada» «vahid pəncərə» nəyi dəyişib?" yazısına əlavədir.

«Rusiya ilə müqayisə edəndə burda vəziyyət pisdir. İçəridə nə bir lövhə var ki, hansı xidmətin neçəyə başa gəldiyi yazılsın. Hərə ağlına gələn qiyməti deyir ki, bunu verməlisən».

Bakı sakini Mahmud Əliyevlə Dövlət Gömrük Komitəsinin Lökbatanda bir ay əvvəl fəaliyyətə başlayan Avtonəqliyyat Gömrük İdarəsinin qarşısında görüşdüm. Üzləşdiyi vəziyyətdən heç razı deyildi. Tez-tez Rusiyadakı vəziyyəti nümunə gətirirdi. Həm də etiraf edirdi ki, avtomobilini qeydiyyatdan keçirmədiyi üçün çox şeyi danışa bilmir.

OKTYABRIN 21-DƏN FƏALİYYƏT GÖSTƏRƏN İDARƏ

Qaradağ rayonunun Lökbatan qəsəbəsində - Sədərək ticarət mərkəzinin yaxınlığında yerləşən idarə genişliyinə, səliqə sahmanına, müasir quruluşlu inzibati binasına, əraziyə gələn nəqliyyat vasitələrinin rahat hərəkət etməsinə görə, vaxtilə Binəqədidə yerləşən idarədən xeyli fərqlənir. Yeni Gömrük idarəsi 2011-ci il oktyabrında istifadəyə verilib. Bununla da ölkəyə gətirilən avtomobillərin «bir pəncərə» prinsipi ilə rəsmiləşdirilməsinə start verilib. Yəni indi yeni ünvanda xaricdən gətirilən avtomobilin həm gömrük qeydiyyatı həll edilir, həm də dövlət nömrə nişanı verilir.

ÜNVAN DƏYİŞSƏ DƏ...

Amma gətirdiyi avtomobili gömrük qeydiyyatından keçirənlər çöldəki görüntü ilə daxildə gedən proseslərin bir-birinə heç cür uyğun gəlmədiyini dedilər:

«Heç nə də yaxşı deyil. Kim deyir ki, yaxşıdır. Hamı bunu bilir də...»

Avtomobil sahibi Dadaş Məmmədova görə, ünvan dəyişsə də, köhnə qaydalar dəyişməyib, əksinə bir qədər də pisləşib:

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsi
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsi
«Bu milləti süründürürlər. Sürünmək olar, ilan da sürünür, bunun nəyi pisdir ki, amma bizim həm də başımızdan basırlar».

TERMİNAL XİDMƏTİ ÜÇÜN 50 MANAT

Deyinə-deyinə gömrük idarəsindən çıxan Səməd Səfərov isə terminal xidməti üçün istənilən 50 manata görə evə qayıtdığını deyirdi. Onun sözlərinə görə, əlavə ödədikləri pullar üçün onlara qəbz də verilmir.

Yeni fəaliyyətə başlayan Avtonəqliyyat Gömrük İdarəsinə gələnlərin narazılığından yaxınlıqda taksi xidməti göstərən sürücülər daha çox məlumatlı görünürdülər:

«Aparıb-gətirdiyimiz müştərilərin hamısı narazılıq edir. Deyirlər Gürcüstanda 50 manat verib, tez-bazar nömrə alıb gəlirik Azərbaycana, burda səhər tezdən axşama qədər gözləyirik. Bundan başqa avtomobil gətirənlər qiymətlərdən daha çox gileylidirlər».

CİDDİ MÜHAFİZƏ OLUNAN İDARƏ

Əvvəlcə bir neçə sürücüyə qoşulub idarənin həyətinə girsəm də bir neçə dəqiqə sonra mühafizə xidmətinin əməkdaşları məni ərazidən çıxardı. Rəhbərliyə müraciətim isə cavabsız qaldı. Ərazi ciddi mühafizə olunur. Avtomobil sahiblərindən başqa Gömrük İdarəsinin ərazisinə heç kim buraxılmır. İçəri daxil olan bütün adamların sənədləri avtomobilin sənədləri ilə birgə diqqətlə yoxlanılır. Hətta idarənin hasarı dibində duran adamların içəridəki şəxslərlə danışmasına belə imkan verilmir.

Avtomobil sahiblərinin iradlarına idarədən münasibət öyrənmək istədik. Bizə şərait yaradılacağına söz versələr də sonradan bundan imtina olundu və bizi təkrar ərazidən uzaqlaşdırdılar. Hətta avtomobilini qeydiyyatdan keçirənlərlə çöldə etdiyimiz söhbətə belə imkan verməyib, ərazidən uzaqlaşmamızı istədilər.

Bir müddət əvvəl isə Bakı Baş Gömrük İdarəsinin Sulutəpə qəsəbəsindəki Yasamal və Binəqədi gömrük postunda avtomobil sahiblərinin onlardan rüşvət alınması ilə bağlı dediklərini təkzib etmişdilər. Postdan bildirmişdilər ki, bütün rüsumlar Gömrük Komitəsinin saytında göstərilən kimi hesablanır.
XS
SM
MD
LG