Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

"Wall Street-i tutaq" aksiyaları dağıdılır


Polis Wall Street etirazçılarını ərazidən uzaqlaşdırıb
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid
Nyu-Yorkda Wall Street-i tutaq hərəkatı iştirakçılarının toplaşdığı Zuccotti parkının ətrafını gecə yarısındna etibarən polislərlə dolmuşdu. Polis sentyabr ayından bəri parkda çadırlar quran, oturaq aksiya keçirənlərə ərazini təmizləmək üçün buranı tərk etməli olduqlarını bildirib. Gecə saat iki radələrində “Ya gedin, ya da həbs ediləcəksiz” xəbərdarlığı olunandan sonra parkdakı yüzlərlə etirazçı ərazini tərk edib. 10 dəqiqə sonra polis hələ orda qalanları sıxışdırmağa başlayıb.

Qoruyucu dəbilqələrdə olan polislər çadırları söküb, etirazçıların şüarlarını yığıb, başqaları isə etirazçıları maşınlara basıblar.

Nyu York meri Michael Bloomberg daha öncə etirazçıları təmizlik işləri ilə əlaqədar olaraq müvəqqəti olaraq parkı tərk etməyə çağırmışdı və söz vermişdi ki, sonra onlara geri qayıtmağa imkan verəcəklər.

Amma rəsmilər bildirmişdilər ki, artıq etirazçılara parkda çadırlar qurmaq və yataq dəstləri gətirməyə icazə verilməyəcək.


NYU YORK MERİ SƏRBƏST TOPLAŞMAQ AZADLIĞININ MÜTLƏQ HÜQUQ OLMADIĞINI DEYİR

Aksiya dağıdılandan sonra mer Bloomberq sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşdıqlarını, ancaq burada sərbəst toplaşmaq azadlığı ilə ictimai təmizlik, təhlükəsizlik hüququnun toqquşduğunu deyib.

“Heç bir hüquq mütləq deyil, və hər bir hüquqdan doğan məsuliyyət var. Konstitusiyaya 1-ci əlavə hər bir Nyu Yorkluya özünüifadə azadlığı verir. Amma bu heç kimə parkda yatmaq və ya da başqalarının parkdan istifadəsini əngəlləmək haqqı, özünü qanundan kənarda hiss etmək haqqı vermir".

Ancaq etirazçılar deyirlər ki, polisin parkı təmizlik və təhlükəsiziyin təmin edilməsi adıyla boşaltması sadəcə bəhanədir. Bir həftə boyunca parkda oturaq aksiyaya qatılan Johnny Sagan deyir ki, bugünkü polis reydi hökumətin “Wall Street-i tutaq” aksiyaçılarının böyük şəhərlərdən çıxarmaq kampaniyasının tərkibidir.

"Polis etirazçıları parkdan çıxarmaq üçün bu gecəni digər şəhərlərdəki polis qüvvələri ilə birgə seçib. Onlar hər yerdə bizə elədiklərini edirlər. Ərazini mühasirəyə alırlar, jurnalistləri və başqa vətəndaşları bura buraxmırlar ki, kimsə onların parkı təmizləmək üçün nələr elədiklərini görməsinlər”.

Nyu-Yorkdakı reyd digər şəhərlərdə - Portland, Denver, Salt Lake City, Oaklandda “Wall Street-i tutaq” hərəkatçılarının dağıdılması ilə eyni dövrə təsadüf edib.


OAKLANDDAKI AKSİYA DA DAĞIDILIB

Bazar ertəsi xüsusi geyimli polislər Oaklandda etirazçıların düşərgəsini dağıdıb, 30-a yaxın adamı həbs eləmişdilər.

Oakland Meri Jean Quan demişdi ki, düşərgənin yanında təkrarlanan cinayətlər və qətl üzündən ictimai təhlükəsizliyi təmin eləmək üçün bu addımı atmağa məcbur olublar.

Amma Oakland merinin hüquq müşaviri Dan Siegel bu addıma etiraz olaraq istefa verdiyini açıqlayıb.

Nyu York sakini Jan Clausen deyir ki, Oaklandda baş verənlərdən sonra polis onları Zuccotti parkı kimi yerlədən uzaq tuta bilməyəcək.

“Oaklandda aksiyanl dağıdanda mən evdə oturub, internedə hadisənin canlı yayımına baxırdım. İnsanlar qışqırırdılar ki, bu gün getsək də, sabah yenə gələcəyik. Məncə indi Nyu York şəhərində və başqa yerlərdə də bu əhval-ruhiyyə var ki, biz birdəfəlik getmirik. Bİz qayıdacağıq. Onlar bizi yenə qovacaqlar. Amma qovsalar yenə gələcəyik”.

Nyu Yorkdakı Zuccotti parkındakı aksiyanın iştirakçılarından Nathan Stueve isə deyir ki, onları dağıtmaqla polis əksinə, insanları daha da qəzəbləndirib və daha çox adamın küçələrə çıxmasına səbəb olacaqlar.

“Bunlar Oaklandın polis departamentinin bəhanəsiylə heç düz gəlmir. Çünki bununla daha çox adam, daha əzmlə, daha aqressiv əhvalla aksiyaya qoşulacaq”.

ABŞ-dakı “Wall Street-i tutaq” hərəkatı iştirakçıları korporativ acgözlük və korrupsiyaya qarşı etiraz etdiklərini, təbəqələr arasındakı uçurumun böyüdüyünü deyirlər. Onların sözlərinə görə, ölkədə bisnesmen və siyasətçilərdən ibarət elit təbəqə - 1 faiz adam varlandığı bir vaxtda digərlərinin qazancları gündəlik dolanışıqlarına çatmır.

ABŞ-dakı president və CKonqressə seçkilərdən bir il öncəyə təsadüf edən edən hərəkatın üzvləri siyasətçiləri iqtisadi böhranın günahkarı olan bankları dəstəkləməkdə də ittiham edirlər və Ərəb inqilablarından həvəsləndiklərini gizlətmirlər.
XS
SM
MD
LG