Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

3500 Qərbli erməni Dağlıq Qarabağa köçərmi?


Şuşa
Şuşa
“Ermənistan 3500” layihəsinin iddialı məqsədi var: Qərbdə yaşayan 3500 erməni mənşəli vətəndaşı Ermənistana və ya Dağlıq Qarabağa köçüb-gəlməyə inandırmaq.

Bu, internetlə aparılan özəl layihədir.

Azərbaycanda bəzilərinə qəribə gələ bilər ki, hər cür şəraiti olan Qərb ölkəsinin vətəndaşı Dağlıq Qarabağa köçüb-gələ bilərmi?
Çünki Ermənistanın və Dağlıq Qarabağın özündən ermənilər iş dalınca Rusiyaya və ya imkanı olan elə həmin Qərb ölkələrinə gedir.

Ancaq Eurasia View yazır ki, internetdə bu layihəni başlayanlar elə Ermənistana və Dağlıq Qarabağa köçənlərdir. Bu adamlar 30 nəfərlik təşəbbüs qrupu da yaradıblar.

Ancaq maraqlıdır ki, layihənin rəhbərləri adlarını mediaya bildirmək istəmirlər.
Layihənin məğzini isə belə izah edirlər ki, köçüb-gələnlər özləri ilə yeni ideyalar gətirə bilər. Məşğulluğu, investisiyaları və islahatları canlandıra bilərlər.

Ermənistana 10 il əvvəl köçmüş amerikalı Madlene Minassian deyir: “Mən doğrudan da inanıram ki, burda maqnetik nəsə var”.

STATİSTİKA NƏ DEYİR?

ABŞ, Britaniya, Almaniya kimi ölkələrdən Ermənistana köçən çoxdurmu?

Bu məsələyə çox bədbin yanaşan Californiya Universitetinin Erməni Tədqiqatları proqramının direktoru Stepan Astorian deyir:
“Ermənistan müstəqil olandan Ermənistana köçənlər
minimaldır. 5 mindən 10 minə kimidir. Ancaq dəqiq statistika yoxdur”.

Əvəzində başqa statistika var. BMT-nin İnkişaf Proqramının rəqəmlərinə görə, 1991-ci ildən Ermənistanı 1 milyon 300 min adam tərk edib.

Köçüb-gələnlərin problemləri də yaranır.

2004-cü ildə Parisdən Şuşaya köçən Armen Rakedjian deyir ki, burda əmlak mübahisəsinə görə, 50 min dollar pul itirdi.
O deyir ki, məsələni yoluna qoymaq üçün rüşvət vermək lazım olduğunu bilmirdi.

Bununla belə o, Şuşada qalıb. Bunu isə belə izah edir: “Fransada qalsaydım, mənim təminatım yoxdur ki, uşaqlarım böyüyəndə erməni olaraq qalacaqdılar”.

“Mən burda qalmalıyam. Mənim burda erməni olmaq imkanım var”.

Kaliforniya ştatının Ventura şəhərciyindən Yerevana köçən diş həkimi Victor Sargissian isə bu yay yenidən ABŞ-a qayıdıb.
Onu qayıtmağa vadar edən maliyyə çətinlikləri olub.

Ermənistana müvəqqəti getməyi təklif edən təşkilatlar da var.
Pensilvaniya ştatında qərarlaşan “Birthright Armenia” qrupu könüllülərə təklif edir ki, qısa müddətə Ermənistana getsinlər.

Qrupun məlumatına görə, 2003-cü ildən bəri Ermənistana 550 erməni gəlib. Onlardan 25 nəfəri hələ də burda qalmaqdadır.
XS
SM
MD
LG