Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:35

Yunanıstan referendum qərarından vaz keçir


Yunansıtanın Baş naziri George Papandreou noyabrıln 3-də parlamentin fövqəladə sessiyasına gəlir.
Yunansıtanın Baş naziri George Papandreou noyabrıln 3-də parlamentin fövqəladə sessiyasına gəlir.
Yunanıstanın Maliyyə naziri Evangelos Venizelos bildirib ki, avrozona ölkələrinin onun ölkəsində borc böhranının aradan qaldırılmasına dair planının referenduma çıxarılması qərarı ləğv edilir. Bu həftənin əvvəlində referendum qərarını elan etməklə Yunanıstanın Baş naziri George Papandreou avropalı həmkarlarını təəccüb içində qoymuşdu.

Avropa Birliyinin Yunansıatana 130 milyard avroluq yardım təklifində həmçinin bu ölkədə ciddi qənaət tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Avropa liderləri Yunanıstana xəbərdarlıq etmişdilər ki, əgər plandan imtina edərsə, bu ölkə avro pul vahidini işlədən ölkələrin zonasını da tərk etməlidir.

Noyabrın 3-də Baş nazir Papandreou bildirib ki, əgər Avropa Birliyinin bu planına parlamentdən daha çox dəstək alarsa, referendum qərarından vaz keçə bilər.
Müxalifət Baş naziri istefa verməyə çağırıb. Günün sonunda ona etimad göstərilib-göstərilməməsinə dair parlamentdə səsvermə keçiriləcək.
XS
SM
MD
LG