Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Berti Vogts: «Postumu tərk edəcəyəm»


Berti Vogts
Berti Vogts
Azərbaycanın almaniyalı baş məşqçisi Berti Vogts deyib ki, ilin sonunda öz postunu tərk edəcək.

Xəbəri Associated Press yayıb.

Berti Vogts oktyabrın 29-da Frankfurter Allgemeine qəzetinə verdiyi müsahibəsində bildirib ki, imzalanacaq yeni müqaviləyə müəyyən şərtlərin daxil edilməsini istəyib:

«Bilirəm ki, bu baş tutmayacaq. Ona görə də postumu tərk edəcəyəm».
Berti Vogtsun müqaviləsi ilin sonunda bitəcək.

65 yaşlı almaniyalı mütəxəssis Şotlandiya, Nigeriya və Küveyt yığmalarının baş məşqçisi olub. O, digər yığmalardan «iki maraqlı təklif» aldığını da bildirib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu AzadlıqRadiosuna bildirib ki, AFFA-nın Berti Vogtsla müqaviləsi bu ilin sonuna qədərdir: «Qarşıda hələ yığma komandanın baş məşqçinin rəhbərliyi altında bir beynəlxalq oyunu var. Ondan sonra AFFA rəhbərliyi bu məsələ ilə bağlı müzakirələrə başlayacaq. Bu gün üçün heç bir qərar yoxdur».

Mikayıl Nərimanoğlu bildirib ki, qərarı AFFAnın İcraiyyə Komitəsi verir. İcraiyyə Komitəsi isə bu günə qədər bu məsələni müzakirəyə çıxartmayb: «Müzakirəyə çıxarandan sonra hesabat dinləniləcək. Onun faəliyyəti analiz olunandan sonra qərar veriləcək».

Berti Vogts 2008-ci ildən Azərbaycan yığmasının baş məşqçisidir.
XS
SM
MD
LG