Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:49

2 aprel məhbuslarından birinin cəzası azaldılıb


2 aprel aksiyası
2 aprel aksiyası
Bakı Apellyasiya Məhkəməsində 2 aprel məhbusları - AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov, Müsavat fəalı Elşən Həsənovun şikayətinə baxılıb.

Oktyabrın 18-də məhkəmə xəstəliyini nəzərə alaraq Elşən Həsənovun cəzasını 1 il azaldıb.

Sahib KərimovZülfüqar Eyvazlının üzərindən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə ittihamı götürülüb.

Məhkəmənin qərarı ilə Elnur İsrəfilovArif Alışlı dəymiş ziyana görə 1325 manat cərimələniblər.

Avqustun 25-də Səbail rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrafilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub. Onların 13-nə azadlıqdan məhrumetmə, 1-nə şərti həbs cəzası verilib. /Turan/
XS
SM
MD
LG