Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Bakının mərkəzində çoxmərtəbəli binaların tikintisi qadağan edilir?


Bakıda yeni tikilən hündürmərtəbəli binalar.
Bakıda yeni tikilən hündürmərtəbəli binalar.


Bakının mərkəzində 5-7 mərtəbədən hündür binaların tikintisinə qadağa qoyulacaq.

Trend informasiya agentliyinin məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, belə binaların tikintisi şəhərin mərkəzi hissəsinin ətraflı planına uyğun olaraq qadağan ediləcək. “Plan hələ təsdiq olunmasa da, artıq Bakının mərkəzində yüksəkmərtəbəli binaların tikintisinə icazə verilmir", - deyə Qocayev bildirib.

Bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, Bakının mərkəzi hissəsinin ətraflı plan layihəsi üzərində işlər tamamlanıb:

"İşlər artıq yekunlaşıb və bir sıra təşkilarlarla razılaşdırılıb. İlin sonunadək layihəni rəsmi olaraq şəhər İcra Hakimiyyətinin başçısına təqdim edə biləcəyik".

Paytaxtın mərkəzi hissəsinin ətraflı planı 2030-cü ilə qədər olan dövrü əhatə edir.

Komitənin sədr müavininin sözlərinə görə, plan "Amay" ticarət mərkəzindən Dövlət Bayrağı meydanına qədər üfüqi, Dənizkənarı parkdan Bakıxanov küçəsinə qədər isə şaquli istiqamətlərdə 1500 hektara qədər ərazini əhatə edir.

Bakıda çoxmərtəbəli binaların heç bir plana uyğun olmadan, şəhərin ümumi mənzərəsi pozaraaq tikilməsinə dair tez-tez mütəxəssislərdən və ictimai fəallardan tənqidlər səslənir. Son bir neçə ildə paytaxtda hündürlüyü 10 mərtəbədən yuxarı olan çox sayda binalar tikilib.

XS
SM
MD
LG