Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:30

Dövlət idarələrində namaz qılmaq qadağan olunur?


Qazaxstanın prezidenti Nursultan Nazarbayev cümə axşamı dini bir qanuna imza atıb. Bu qanun rəsmi qurumların binalarındakı namaz otaqlarının ləğvini nəzərdə tutur. Prezidentin bu addımı Qazaxstandakı müsəlmanların ruhanisi və Qərbin tənqidinə səbəb olub.

71 yaşlı Nazarbayev ateist diktator kimi 20 ildən çoxdur ki Qazaxstanı idarə edir. Bu ilədək əhalisinin 70 faizi müsəlman olan Qazaxstan vətəndaşlarının ısaslı şəkildə islam zorakılığı səbəbindən mərkəzi Asiyanın digər keçmiş sovet ölkələrinə - Özbəkstana və Tacikstana sığınıblar.


YENİ QANUN....

May ayında baş verən terror hadisəsi və avqustda terror sui-qəsdində günahlandırılan qrupun həbsi islamçı yaraqlıların güclənəcəyi qorxusunu yaratdı və Nazarbayev üçün ekstremizmi cilovlamaqdan ötrü yeni qanunun qəbulu təxirəsalınmaz oldu.
“Yeni qanun... dini təşkilatların hüquq və vəzifələrini daha aydın müəyyənləşdirir və bizim cəmiyyətin dini tolerantlığının güclənməsində dövlətin rolunu təsvir edir ”. Bunu Nazarbayev radikal islamçıların daha çox sığındığı yer kimi tanınan və Özbəkstanla sərhəddə yerləşən Şumkendə səfəri zamanı deyib.
“Sülh və harmoniya çoxetnikli Qazaxstanın ən qiymətli xəzinəsidir” – deyə prezident qeyd edib.


“BU, EKSTREMİZMİ GÜCLƏNDİRƏCƏK”

Nazarbayevin qəbul etdiyi bu qanunun ətrafında isə xeyli debatlar gedir. Qanunun 7-ci bəndi bütün dövlət orqanlarında namaz otaqlarını ləğvini nəzərdə tutur. Gözlənilir ki, bu, ölkədəki müsəlman möminlərin qəzəbinə və ekstremizmin oyanmasına səbəb ola bilər.
Qanun həm də tələb edir ki, ölkədəki bütün missionerlər hər il hökumətlə hesablaşsınlar.
Qərbin insan haqları təşkilatları, o cümlədən ATƏT bu addımın dini azadlığı məhdudlaşdıracağından narahat olduqlarını bildiriblər.

Bundan öncə islamçı yaraqlılarla mübarizə istiqamətində Qazaxstan bir neçə xarici internet saytlarına qadağa qoymuşdu.
XS
SM
MD
LG