Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:32

2 aprel aksiyasına görə daha 4 müxalifətçiyə cəza kəsildi


Müxalifətçilərin məhkəməsi qarşısında etirazlar
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
Direct-ə keçid

İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan fəallardan daha dördünə oktyabrın 10-da 1.6 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib. Bir qrup müxalifət fəalı məhkəmənin qarşısında bu hökmə etiraz edib.

Oktyabrın 10-da Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayev İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan fəallardan daha dördünə hökm oxudu.

Təqsirləndirilən şəxslərin ailə üzvləri və tərəfdarları isə elə məhkəmə zalındaca hökmə etirazlarını bildirdilər. Əvvəlcə himni oxudular, sonra «Azadlıq!» şüarı səsləndirdilər.

POLİSLƏ MÜXALİFƏTÇİLƏR ARASINDA QARŞIDURMA

Daha sonra Nəsimi rayon Məhkəməsinin binası qarşısında 50 nəfərdən çox müxalifətçi «Azadlıq!», «İstefa!» şüarları səsləndirməyə başladılar. Polis etirazçıların qarşısını aldı, iki tərəf arasında qarşıdurma oldu.

Müxalifətçilərdən Səxavət Soltanlı, Təzəxan Mirələmli, Vaqif Xaliqov, Ramin Baxışov Nəsimi rayon 20-ci polis bölməsinə aparıldı. Polis bölməsində onlara xəbərdarlıq olunandan sonra buraxılıblar.

«BU, BİZİ RUHDAN SALMIR»

Arzuman Məcidli
Arzuman Məcidli
Haqqında hökm çıxarılanlardan Elnur Məcidlinin atası Arzuman Məcidli deyir ki, bu cür hökmlər Azərbaycan gəncliyini qorxutmaq gücündə deyil:

«Hökmü pisləyirik. Belə hökm çıxarmaqla hakimiyyət bizi qorxuda bilməz. Bu, bizi ruhdan salmır. Bu hökmlər Azərbaycan gəncliyini, cəmiyyətini qorxutmaq üçündür».

AVROPA MƏHKƏMƏSİNƏ DAHA BİR İŞ

Vəkil Yalçın İmanov isə deyir ki, ədalətin Avropa Məhkəməsində qələbə çalacağına əmindirlər:

«Nəsimi rayon Məhkəməsinin çıxardığı hökmü ədalətsiz və qanunsuz hesab edirəm. Sadəcə, hakimin səlahiyyəti bircə ona çatdı ki, iş üzrə mülki iddiaları baxılmamış saxladı. Hökmdən apellyasiya şikayəti verəcəyik və yerli məhkəmə instansiyalarını keçib Avropa Məhkəməsinin müstəvisinə çıxacağıq».

Elnur MəcidliRüfət Hacıbəyli ictimai qaydanı pozmaqda, Əhəd MəmmədliÜlvi Quliyev isə həm də hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. Onlara qarşı həm də 6028 manatlıq mülki iddia qaldırılmışdı. Hakim mülki iddianı baxılmamış saxlayıb.

İctimai Palatanın 2 aprel aksiyasında ümumilikdə 14 müxalifət fəalı saxlanıb. Digər 10 nəfərə isə 1 il yarımdan 3 ilədək cəza verilib.

Birləşmiş Ştatlar müxalifətçilərin həbsindən təəssüfləndiyini bildirib, Azərbaycan ədliyyə rəsmilərini müttəhimlərin apellyasiya şikayətlərinə ölkənin konstitusiya və beynəlxalq öhdəlikləri çərçivəsində baxmağa çağırıb.
XS
SM
MD
LG