Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:25

İsrailə qoyun əti aparan nazir kimdir?


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycan nazirlərindən biri İsrailə qanunsuz olaraq 100 funt (50 kq) quzu əti keçirmək istəyərkən gömrükdə saxlanıb və pərt vəziyyətə düşüb.

Bu barədə «Associated Press» agentliyi sentyabrın 8-də xəbər yayıb.

İsrailin Vergi İdarəsinin sözçüsü İdit Lev-Zerahia deyib ki, Ben-Qurion Beynəlxalq Aeroportunda yoxlama zamanı nazirin baqajında 50 kq təzə quzu əti aşkarlanıb.

Əti gömrük orqanları müsadirə edib. Qaydalara uyğun olaraq məhv edilib. Sözçü həmin nazirin adını açıqlamayıb.

İsrailə 1 kq-dan artıq ət gətirmək üçün xüsusi icazə lazımdır.

İsrailin «Haaretz» qəzetinin yazdığına görə, naziri müşayiət edənlər pərt olublar. Onlar qəzetə bildiriblər ki, bu qədər ət nazirin İsrailə səfəri zamanı şəxsi istifadəsi üçündür.

Azərbaycan rəsmilərinin məsələ ilə bağlı fikrini öyrənmək mümkün olmayıb.

«HUFFINGTONPOST»A GƏLƏN ŞƏRHLƏRDƏN

«Associated Press»in bu xəbərini dünyanın bir sıra saytları dərc edib. ABŞ-da çıxan «Huffingtonpost» qəzetinin internet saytında yazıya gələn şərhlərdən bir neçəsini dərc edirik:

ChristopherH: Maraqlıdır, bu, donuz əti olsaydı, nə baş verərdi?

Kukisvoomchor: Yadıma 1981-ci ildə istehsal olunmuş İsveç komediyası düşdü – «Montenegro» filmi. Filmin əvvəlində bir qaraçı qızını gömrük işçiləri saxlayır, o, gömrükdən ət keçirmək istəyir. «Bu mühümdür! Bu mühümdür!» deyə yalvarır.

landskroon: Görəsən İsrail nazirlərinin üstündən nə çıxardı? ABŞ-dan oğurladıqları gizli müdafiə və kəşfiyyat xəbərləri?

SimonBao: Bu, utanmalı yox, sirli məsələdir. Yerusəlimdə halal quzu əti var, belə bir qıtlıq yoxdur. Hətta nazir xüsusi sertifikasiyası olan quzu əti yemək istəməsə belə, halal ət tapa bilərdi. Yerusəlimdə və Qərb Sahilində müsəlmanlar çoxdur, quzu əti satır və yeyirlər. Bəlkə ona görə ki, azərbaycanlı nazir şiə müsəlmanıdır və Qərb sahildə sünnilərin kəsdiyi halal əti yemək istəmir? Yəni azərbaycanlı nazir belə vasvasıdır?

360Dunk: Yaxşı ki, 100 funt əti sərhəddən şalvarında keçirmək istəməyib.

Miss Cathy67: İsraillilər və ərəblər ətlə bağlı eyni qaydalara əməl edirlər. Hər ikisi üçün ət təmiz olmalıdır, heyvan kəsiləndə dua oxunmalıdır. Ola bilsin problem bundadır, ət kəsilmiş formada olub axı.

zanbooor: Bu kişi qeyri-qanuni maddə daşımayıb, bundan mənfəət əldə etməyib. Ancaq öz yeməyini gətirib, ola bilsin inancı bu olub ki, ancaq bu əti yeyə bilər. Hər halda bu, qanunsuz maddə qaçaqçılığı deyil.

BcemXAHA: Axmaq adam, İsrail qoyunları Azərbaycanda olanlardan daha dadlıdır.

360Dunk: Çeynəmək xeyirli şeydir.
XS
SM
MD
LG