Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

«Xural» qəzetinin müxbiri həbs edilib


Arxiv foto
Arxiv foto
Sentyabrın 8-də «Xural» qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev saxlanılıb. Ona 12 sutka inzibati həbs cəzası verilib. Bu barədə AzadlıqRadiosuna Lənkəran şəhər polisindən məlumat verilib. O, Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Polisdən verilən məlumata görə, Aydın Canıyev kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunur.

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı AzadlıqRadiosuna deyib ki, o da müxbirin həbsi barədə məlumatı mətbuatdan oxuyub.

Dediyinə görə, sonuncu dəfə Aydın Canıyevlə sentyabrın 6-ı axşam görüşüb:

«Mənə dedi ki, şeyx və mollalarla bağlı qəzetdə gedən yazılarla bağlı məni şeyxin mühafizəçisi Bakıya çağırıb, hətta 40 manat yol pulumu da onlar verib. Deyilib ki, onun yazılarında dindarlarla bağlı bəzi düzgün olmayan məqamlar var. Dediyinə görə, o da həmin səhvlərin düzəldiləcəyinə söz verib. Mənə bunları dedi. Onun həbs olunması ilə bağlı məlumatı eşidəndən sonra onunla heç cür əlaqə saxlaya bilməmişəm».

Əvəz Zeynallının dediyinə görə, Aydın Canıyevin cənub bölgəsində dindarların fəaliyyəti ilə bağlı xeyli tənqidi yazıları olub. Onun dediyinə görə, həmin yazılarda daha çox Qafqaz müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi tənqid olunurmuş. Baş redaktor müxbirin yazılarına görə həbs oluna biləcəyini deyir.
XS
SM
MD
LG