Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Aqşin Yenisey: “AYO-nun təriqətə çevrilməsinə imkan verməyəcəm”


"Pen klub" proqramı. 28 iyul 2011
Gözlə

No media source currently available

0:00 0:48:08 0:00
Direct-ə keçid
“AYO-daxili söhbətlərdən gəldiyim qənaət budur ki, şəhər mühitində böyümüş yazıçılar – Həmid Herisçi və Nərmin Kamal AYO-nun bir ədəbi təriqətə çevrilməsini istəyirlər.

Bu, ayıbdır. Müasir dünyada belə bir dünyagörüşü yoxdur. Bu, arxaik bir təfəkkürdür.

Mən həmişə bu düşüncənin əleyhinə olmuşam. AYO sağlam ədəbi bir mühitdir. Orada bütün qələm əhli özünü azad hiss etməlidir”.


Azad Yazarlar Ocağının rotasiya üzrə hazırkı sədri Aqşin Yenisey bu fikirləri Azadlıq Radiosunun “Pen klub” proqramında söyləyib. Proqrama yazıçı Şərif Ağayar, tənqidçi Cavanşir Yusifli və AYO-nun üzvü, şairə Sevinc Pərvanə də qatılıblar.

İlqar Rəsul (proqramın aparıcısı):

- Bəs əgər AYO-nun növbəti sədri Həmid Herisçi, yaxud Nərmin Kamal seçilsə, onda necə olacaq?

Aqşin Yenisey:

- Əgər AYO-nun növbəti sədri onlardan olsa və həmin adam AYO-nu təriqətə çevirmək istəsə, biz dostlarla çalışacağıq ki, belə bir şey baş verməsin.

Aqşin Yenisey:

- Ay qız, sən həmişə AYO-da qürbətdə olmusan. AYO-nun hansı tədbirində iştirak edibsən? Haçan bir tədbirə gəlibsən, səs veribsən? Mən AYO-çuların adından deyirəm ki, sən bizim həmişə qürbətdə olan bir şairimizsən. Yəni qürbət də nədi? Ərdəsən (gülür – İ.R.) Səni AYO-ya dartıb gətirmək olmur.

Əgər Azərbaycanın ədəbiyyatında da bu cür totalitar düşüncə varsa, o ədəbiyyat uzağa gedə bilməz.

Əgər Azərbaycan ədəbiyyatı azadlığa qovuşacaqsa, bu millət də, xalq da azadlığa qovuşacaq.

Yox, totalitarizm elə ədəbiyyatda baş verəcəksə, biz biabır olacağıq.

AYO təkcə yazıçıların yox, həm də oxucuların birliyi olmalıdır. AYO-çu oxucular da olmalıdır. Biz təşkilatda azad bir mühit yaratmalıyıq.

Təşkilat daha çox insanla ünsiyyət qurmağa çalışmalıdır. Bunu yalnız bir qrup yazıçının təriqətinə çevirmək olmaz.

“Pen klub” verilişndə söhbət ondan gedib ki, 10 il qabaq yaradılan və Azərbaycan Yazıçılar Birliyinə müxalif olan AYO öz missiyasını başa vurubmu?

Ədəbi mühitdə təkhakimiyyətliliyə son qoyulubmu?


Şərif Ağayar:

- Doğrudan da 2000-ci illərin əvvəllərində ədəbiyyatda bir canlanma yarandı və bu AYO-nun sayəsində mümkün oldu.

AYO Azərbaycan ədəbiyyatının üfüqlərində bir günəş kimi doğdu. Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala, Azad Yaşar... – biz öz aramızda onlara məşhur dördlük deyirik – danılmaz bir faktdır ki, bu adamların sayəsində Azərbaycan ədəbiyyatında çox ciddi bir silkələnmə baş verdi.

Aqşin Yenisey

Və bir qandəyişmə prosesi başlandı. Mən özüm də bu təşkilatın xeyli müddət üzvü olmuşam. Deyərdim ki, Azərbaycan ədəbiyyatı müstəqillik dövrünə məhz AYO-nun dalğası üzərində qədəm qoydu.

İlqar Rəsul:

- Hamısını keçmiş zamanda dediniz. Bəs sonra nə baş verdi?

Şərif Ağayar:

- Sonra AYO bir ictimai qurum kimi təşkilatlana bilmədi. Bunun da günahı yalnız AYO-da deyil, burada onlara ictimaiyyətin münasibəti, hanısa məmurun münasibəti kimi məsələlər də var.

Ona görə də məncə biz AYO-nu o gözəl dalğanı Azərbaycana gətirən bir dalğa kimi, dünyagörüşü kimi qəbul etməliyik, ictimai təşkilat kimi yox. Mənə elə gəlir ki, bu AYO-nun özünün də imici üçün müsbət olar.

Sevinc Pərvanə:

- AYO öz estetik mübarizəsini artıq başa vurub və qələbə çalıb. Yəni bizim əsas məqsədimiz də elə bu idi. AYO-nun hədəfə çatması o deməkdir ki, artıq AYB üzvləri də, AYB-dən kənarda qalanlar da yeni esteika ilə yazırlar.

Köhnə ədəbi dəyərlər artıq dəbdə deyil. Məncə AYO-nun ən böyük uğuru da budur. Vaxtilə AYO-nu yaradanların - Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala, Azad Yaşar və... – buna dördlük yox, beşlik deyək, bura Nərmin Kamalı da əlavə edək, çünki AYO-nun yaradılmasında o da iştiak edib – həmin beşliyin əsas hədəfləri elə bu idi.

Cavanşir Yusifli:

- Mənə elə gəlir ki, AYO-nun qələbə çalmasından danışmaq bir az tezdi. Mən
Cavanşir Yusifli

Sevinc xanımı da dinlədim, qələbə haqda danışmaq bir az səbirsizlikdir.

Burda söhbət texniki baxımdan yeni estetikaya üz tutmaqdan gedə bilər. Yəni bu proses başa çatıb. Sayları az olsa da, AYO-da cəmləşən yazarlar Avropada mövcud olan estetik dəyərlər istiqamətində getməyə qərar veriblər.

Amma onların dalbadal yazdıqları əsərlərə, onların keyfiyyətinə baxanda deməzdim ki, AYO-nun özünəməxsus estetikası var və o qələbə çalıb. Bunu AYO-nu inkar məqamı kimi anlamamağı xahiş edirəm. Burda ifadələri seçməkdə ehtiyatlı olmaq lazımdı. “Bu adamlar gəldilər, qələbə çaldılar” – məncə bu bir balaca qeyri-dəqiq ifadədir.

Aqşin Yenisey:

- Məncə, AYO elə bir təşkilatdır ki, onun missiyasının başa çatıb-çatmaması haqda danışmaq ümumiyyətlə lazım deyil. Məsələn, dünyada futuristlər, dadaistlər, sürrealistlər vardı, Salvador Dali haqqında necə demək olar ki, bu adam başa çatdı?

İlqar Rəsul:

- AYO hər halda Salvador Dali deyil...

Aqşin Yenisey:

- AYO-da Salvador Dali olan yazıçılar var. Yəni o təfəkkürdə, o səviyyədə. Düzdü, çox deyil. 3-4 nəfərdi. Amma onu da deyim ki, Azərbaycan ədəbiyyatında AYB-AYO mərhələsi başa çatıb. Ədəbiyyat kifayət qədər ictimailəşib.

İlqar Rəsul:

- Deyirlər ki, AYO – Aqşin Yenisey Ocağına çevrilib...

Aqşin Yenisey:

- Bu ifadəni uşaqlar zarafatla uydurublar. Amma mənim sədr kimi çalışdığım odur ki, AYO ədəbi təriqətə çevrilməsin. Qədimdə sufilər vardı, hətta elə təriqətlər vardı, 20 nəfər yığışırdı, cinsi orqanlarını da kəsirdilər ki, qadına qarşı ehtirasları oyanmasın.
Şərif Ağayar


AYO belə olmamalıdır. Dünya azadlıq dünyasıdır, azadlığa can atmaq lazımdır.

İlqar Rəsul:

- Sevinc xanım, Aqşin bəyin istədiyi alınırmı?

Sevinc Pərvanə:

- Məncə alınmır. Ona görə ki, hər hansı təşkilatda sədrlik varsa, sədr həm də diktator deməkdi. Məsələn AYO-da 20 nəfər varsa, sədr 20 nəfərin adından çıxış edə bilməz. Sədr 20 nəfərin adından özbaşına çıxış edirsə, artıq orda azadlıqdan söhbət gedə bilməz ki.

İlqar Rəsul:

- O sədri 20 nəfər seçməyibmi?

Sevinc Pərvanə:

- Aydındı ki, 20 nəfər seçib. Amma bu o demək deyil ki, məsləhətləşməmiş...

Aqşin Yenisey:

- Ay qız, sən həmişə AYO-da qürbətdə olmusan. AYO-nun hansı tədbirində iştirak edibsən? Haçan bir tədbirə gəlibsən, səs veribsən? Mən AYO-çuların adından deyirəm ki, sən bizim həmişə qürbətdə olan bir şairimizsən. Yəni qürbət də nədi? Ərdəsən (gülür – İ.R.) Səni AYO-ya dartıb gətirmək olmur.

Sevinc Pərvanə:

- Niyə ki Aqşin? Mən sənin seçimində iştirak etmişəm və sənə səs vermişəm.

Aqşin Yenisey:

- Sağ ol. Qəddafi kimi axıra qədər buraxmayacam bu sədrlik postunu. (gülür – İ.R.)

Cavanşir Yusifli:

- Heyf ki Azərbaycanda alternativ ədəbi qurumların yaranması üçün zəmin yoxdu.
Sevinc Pərvanə

AYO da dövlət qeydiyyatından keçməyib. AYB ictimai təşkilat olsa da, dövlətdən maliyyələşir. Sovet dövründəki kimi ictimai-siyasi mahiyyət daşıyır.

AYO da buna qarşı dayanan, amma sadəcə AYB kimi resursları olmayan qurumdur.

Yəni bütün mübarizə ictimai-sosial kontekstdə gedir. Mənə elə gəlir ki, ədəbiyyat müstəvisində heç bir mübarizə getmir. Kaş ki onlar bu müxalif ictimai-siyasi mövqe ilə yox, yeni estetikaya əsaslanan əsərlər yaratmaqla seçilməyə çalışardılar. Amma təəssüf ki, onlar yeni şeir, yeni nəsr, yeni ədəbi tənqid yarada bilmədilər.

Əgər yaratsaydılar, bu təşkilat haqda daha ürəklə danışmaq olardı. AYO-çular enerjilərini bədii əsərlərindən daha çox mübarizənin başqa yollarına, məsələn, məqalələrə sərf edirlər.

Şərif Ağayar

- Cavanşir bəy ümumilikdə düz danışır, amma AYO-çulardan tamamilə yeni estetikaya əsaslanan yüksək səviyyəli əsərlər istəmək çox tezdir.

İlqar Rəsul:

- Aqşin bəy, doğrudanmı sizin mübarizə yeni əsərlər yaratmaqdan daha çox başqa istiqamətlərdə gedir?

Aqşin Yenisey:

- AYO-nun mübarizəsi artıq başa çatıb. Bu qurumun üzvləri Azərbaycanda hansı mühiti yaratmaq istyirdilərsə, yaratdılar, mən özüm də o mühitdən çıxmışam. İndi mübarizə bitib, təşkilatımızın hər bir üzvü bir kənara çəkilib yazılarını yazır. AYO ədəbiyyatı 22-ci əsrə atdı.

AYO haqda danışanların çoxunun isə bu prosesin içindən xəbəri yoxdu, 19-cu əsrdə qalıblar. Bunların ədəbiyyatı da 19-cu əsrdə qalıb. Boş-boş cümlələrdi, bir-birinin dalınca qoşub danışırlar. AYO ədəbiyyatı 200 il qabağa atdı.

Cavanşir Yusifli:

- AYO-dan da qabaq müzakirələr gedirdi, kimsə özünü dekadentistlərə aid edirdi, kimsə başqa bir cərəyana. Bunlar filoloji cəfəngiyyatdır.

Şeir yazan adamı yarlıqla tanıtmaq düzgün deyil. Bu, kinayə ilə desək, filologiya yox, filologiyaüstü bir şeydir. İnsan kinayənin, gülüşün haradan gəldiyini bilməyəndə nə istəsə deyə bilər.

Məsələn müzakirələr gedirdi Aqşinin romanları haqda. Bunlar mükəmməl filoloji təhlillər olmasa da, hər halda orada bu əsərlərin dəyərini göstərən yazılar da var idi.

Bütün bunların üzərindən hesab etmək ki, bunlar çox dahiyanə əsərlərdir, bu özünü aldatmaqdır. Amma şəxsən mən 20 nəfərin təriflədiyi belə işlərə qoşulmaram. Çünki ədəbiyyat hər şeydən əvvəl vicdan məsələsidir. Vicdan da yalana qarşıdır…


Bu, müzakirənin tam mətni deyil. Proqrama tam şəkildə BURDA qulaq asmaq olar. Verilişin videoyazısına isə tam şəkildə yuxarıda bax.
XS
SM
MD
LG