Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:47

Türkiyədə silahlı qüvvələrin ali toplantısı başlayıb


Türkiyə ordusunun keçmiş Baş Qərargah rəisi İşık Koşaner
Türkiyə ordusunun keçmiş Baş Qərargah rəisi İşık Koşaner

Türkiyədə Yüksək Hərbi Şuranın cari toplantısı başlayıb. Ötən həftənin sonunda Baş Qərargah rəisi və daha üç qoşun növünün rəhbərinin istefasına görə siyasi və hərbi liderlər bugünkü toplantıda həm də ordunun yeni rəhbərliyini formalaşdırmalıdır.

İstefa verən Baş qərargah rəisi, quru, hərbi dəniz və hava qüvvələrinin rəhbərləri bunu bir neçə general da daxil olmaqla ordunun yüksək rütbəli zabitlərinin dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanması ilə izah edirlər.

Türkiyə tarixində ilk dəfədir ki, Silahlı Qüvvələrin rəhbərliyi eyni gündə bu şəkildə istefa verirlər.

Yüksək Hərbi Şuranın dörd gün davam edəcək toplantısına Baş nazir Rəcəb Tayyib Ərdoğan rəhbərlik edir. Türkiyə mediası tədbirin gedişində yeni istefaların ola biləcəyini yazır.
XS
SM
MD
LG