Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Xaricdən gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunub


Buğda idxalı 50%, un idxalı isə 74 dəfə artıb
Buğda idxalı 50%, un idxalı isə 74 dəfə artıb
Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» qərarını dəyişib.

Hökumətin yeni qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunur.

Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən buğda və un avqustun 1-dək ƏDV-dən azad edilmişdi. İndi isə bu müddət iyulun 10-a qədər azaldılıb. Yəni, bundan sonra xaricdən gətirilən buğda və undan («Buğda və meslin» və «Buğda unu və ya buğda-çovdar unu») 18%-lik ƏDV tutulacaq.

Taxıl və unun ƏDV-dən azad edilməsi xaricdən bu məhsulların idxalını kəskin artırmışdı. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında ölkəyə buğda idxalı ötən ilin eyni dövrünə nisbətən 50%, un idxalı isə 74 dəfə artıb.

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev «APA»ya deyib ki, yeni qərar yerli taxıl istehsalçılarının maraqlarını qorumaq və onları taxıl istehsalına həvəsləndirmək üçün atılıb.

Bununla yanaşı, idarə rəisi son qərarın çörəyin bahalaşmasına səbəb olmayacağını bildirib:

«Yerli istehsal olunan taxıl kifayət qədərdir, bu qərar çörəyin qiymətinin artmasına səbəb olmayacaq».
XS
SM
MD
LG