Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:25

Nemət Pənahlının əmlakı hərraca çıxarılır


Nemət Pənahlı
Nemət Pənahlı
Bu barədə Azadlıqradiosuna Nemət Pənahlının qardaşı Səməd Pənahlı məlumat verib.

Onun sözlərinə görə, Nemət Pənahlı həbs ediləndən sonra onun adına olan mağaza əllərindən alınıb. İki gün əvvəl isə 1 saylı inzibatı iqtisad məhkəməsindən həmin mağazanın hərraca çıxarılıb satılması ilə bağlı keçiriləcək məhkəmə prosesində iştirak etməsi ilə bağlı qardaşının adına bildiriş gəlib:

«Mağaza boşaldılıb əlimizdən alınandan sonra Vergilər Nazirliyndən gəldilər Nemət Pənahlının adına 400 manat cərimə yazdılar. İki gün əvvəl isə Bakı şəhər 1 saylı İqtisad Məhkəməsindən Nemətin adına bildiriş gəlib. Həmin bildirişdə qeyd olunub ki, sizi həmin mağazanın açıq hərraca çıxarılıb satılması ilə bağlı iyulun 13-də keçiriləcək məhkəmə prosesinə dəvət edirik».

Səməd Pənahlı bunu ailələrinə qarşı təzyiq hesab edir. Təzyiqlərin günbəgün artığını bildirən Səməd Pənahov deyir ki, onlar Türkiyədən siyasi sığınacaq istəməyə hazırlaşırlar.

Qardaşınını həbsinə qədər hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bildirən Səməd Pənahlı deyir ki, indi o, şəkər xəstəliyə tutulub.

İyunun 17-də Nəsimi rayon Məhkəməsi Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, xalq hərəkatının liderlərindən biri olmuş Nemət Pənahlını 6 il müddətinə azadlıqdan məhrum edib.

Onunla birlikdə eyni cinayətdə təqsirli bilinən Ceyhun Fərzullayev isə 4 il həbs cəzası alıb.

Onlar Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilirdilər.

Nemət PənahlıCeyhun Fərzullayev bu ilin yanvarında Azərbaycan vətəndaşı Eldəniz Rzayevin şikayəti əsasında saxlanmışdı. Şikayətçi yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində hər iki şəxs tərəfindən döyüldüyünü iddia edirdi.
XS
SM
MD
LG