Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Vaqif Bayatlı Odər. Umudumun şəhəri


Göy üzünün qatlarıynan
Başımın bulutlarıynan
Boşuna umutlarıynan
Üstümə dağlar yüyürür
Dağlar, yıxaram sizi!

Dağlarda sular dirilir,
Sular yüyürür, yürürür.
Bir burulğan dibində
Mənim halım sorulur
Buruq-buruq gələn çaylar!
Çaylar! Yıxaram sizi!

Tozu qarışdırıb dumana,
dumanından
bir az dolub başıma,
bir az da gümanıma.
Qıvrım-qıvrım gələn yollar
Yollar! Yıxaram sizi!

Axşamların sarı-sarı dənizləri
qarışıb ay işığına,
bir daha geri dönmədən
umudum dolaşdı sizdə.
Axşamların sarı-sarı dənizləri!
Yıxaram sizi!
Asfaltın olum,
daşın olum
Umudumun şəhəri,
baş qoyum küçənə, -
sərxoşun olum
baxım altdan-altdan
ötüb keçənə
Mənim ol! Umudumun şəhəri!
Olmasan yıxaram səni!
XS
SM
MD
LG