Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:35

ABŞ hərbiçiləri Əfqanıstandan çıxarılacaq


ABŞ qoşunlarını Əfqanıstandan çıxarir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid
YAXIN VAXTLARDA AMERİKALI HƏRBÇİLƏRİN ƏFQANISTANDAN ÇIXARILMASINA BAŞLANACAQ

ABŞ prezidenti Barak Obama iyunun 22-də Ağ Evdə elan edib ki, yaxın vaxtlarda amerikalı hərbçilərin Əfqanıstandan çıxarılmasına başlanacaq. O, bunu «müharibə dalğasının geri çəkilməsi» kimi qiymətləndirib.

Ağ Evdə çıxışı zamanı Barak Obama deyib ki, bu ilin sonuna kimi 10 min Amerika əsgəri Əfqanıstandan çıxarılacaq. 23 minlik hərbi qüvvə isə 2012-ci ilin yayına qədər vətənə dönəcək.

Obamanın sözlərinə görə, bu, onların Əfqanıstandakı qoşunun sayını 30 faiz azaldacaq. İndi ABŞ-ın Əfqanıstanda 100 minlik əsgəri var və bir hissənin gələn ilə qədər ölkədən çıxarılmasından sonra Amerika qüvvələrinin sayı 68 minə enəcək.

Barak Obama deyir ki, Əl-Qaidə ilə mübarizədə qalib gəldiklərinə və Talibanı xeyli dərəcədə zəiflətdiklərinə görə, artıq qoşunların çıxarılmasına başlaya bilərlər. Onlar həm də yerli təhlükəsizlik qüvvələrinə öz vətəndaşlarını müdafiə etmələri üçün təlim məşqləri keçiblər:

«Biz gücləndirmə mövqeyindən geri çəkilməyə başlayırıq. Əl-Qaidə sentyabrın 9-dakı hadisədən sonra güclü təzyiqlə üzləşdi. Pakistanla birlikdə biz Əl-Qaidə rəhbərlərinin öhdəsindən gəldik. Və mən bizim kəşfiyyata, xüsusi qüvvələrimizə təşəkkür edirəm, biz Əl-Qaidə lideri kimi Usəma bin Ladeni öldürdük».

«ARTIQ ƏFQANISTAN ÖZ TƏHLÜKƏSİZLİYİNİN ÖHDƏSİNDƏN ÖZÜ GƏLƏ BİLƏR»

Amerika hərbçisi Əfqanıstanda
Əfqanıstanda müharibəyə son qoyulması ilə bağlı ABŞ-da bir çox konqresmen və yerli ictimaiyyət Obamanın özünə uzun müddət təzyiq göstərib.

Ötən ilin noyabrında NATO-nun Lissabonda keçirilən sammitində ABŞ və onun müttəfiqləri razılaşıblar ki, 2014-cü ilin sonuna kimi hərbi əməliyyatları dayandırsınlar. Bu müddətdə isə onların bir rolu da yerli təhlükəsiz qüvvələrinə dəstək vermək olacaq.

Hazırda NATO bayrağı altında Əfqanıstanda 130 mindən çox hərbçi var.

Barak Obama hesab edir ki, artıq Əfqanıstan öz təhlükəsizliyinin öhdəsindən özü gələ bilər:

«Əfqanıstan Təhlükəsizlik Qüvvələrin sayı 100 mini aşıb. Bəzi əyalətlərdə və bələdiyyə ərazilərində biz artıq təhlükəsizliyə cavabdehliyi yerli əfqanlara verməyə başlamışıq. Təhlükələrlə və zorakılıqlarla üzləşəndə əfqanlar öz ölkələri üçün döyüşürlər və ölürlər. Yerli polis qüvvələrini yaradırlar, mağazalar və məktəblər açırlar, qadınlar və qızlar üçün münasib imkanlar yaradırlar və çalışırlar ki, 10 illik müharibə səhifəsini qapatsınlar.

BİR ÇOX AMERİKALI FƏRQLİ DÜŞÜNÜR

Həmid Kərzai
Amma bir çox amerikalılar düşünmürlər ki, Əfqanıstan öz təhlükəsizliyinə cavabdeh ola bilən ölkəyə çevrilsin. Prezident Hamid Karzai hökumətində hələ də korrupsiya qalır, o cümlədən mülki əhalinin öldürülməsi təhlükəsi aradan qalxmayıb.

Barak Obama deyir ki, onlar Əfqanıstan küçələrində polis, yaxud dağlarda patrul olmaq niyyətində deyillər, bu təhlükəsizliyə cavabdehlik Əfqan hökumətindədir.

Amma ABŞ-ın Əfqanıstandakı qoşununun rəhbəri general David Petraeus hesab edir ki, bu plan təhlükəsizliyin zəifləməsinə gətirəcək. Ağ Evdən «Nyu-York Times»a deyiblər ki, Petraeus Obamanın bu planını təsdiqləməyib. David Petraeus bu günlərdə Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə gətiriləcək.

Yeni keçirilən sorğularda amerikalıların 52 faizi Barak Obamanın Əfqanıstan müharibəsi ilə bağlı yürütdüyü siyasətini bəyənir. Bu müharibənin qiyməti təkcə ildə 120 milyard dollara başa gəlir, ABŞ hərbçilərindən ölənlərin sayı 1500 nəfərdir.

Barak Obama: «Ötən on illikdə biz müharibəyə trilyonlarla dollar xərcləmişik. Bu vaxtda debitor borclar artıb, iqtisadi vəziyyət pisləşib. Amma indi biz Amerikanın böyük resursuna - adamlarımıza investisiya qoymalıyıq. Biz yeniliklərə yol açmalıyıq ki, yeni iş yerləri, sənaye yaransın. Biz öz infrastrukturumuzu yenidən bərpa etməliyik və yeni enerji mənbələri axtarmalıyıq.

2014-CÜ İLƏ KİMİ


Barak Obama deyib ki, 2014-cü ilə kimi Əfqanıstanda təhlükəsizliyə cavabdehlik yerli hərbi qüvvələrə veriləcək. Prezidentin sözlərinə görə, ABŞ güman edir ki, Talibanla aparılan danışıqlar nəticəsində Əfqanıstandakı hərbi münaqişənin həll olunması üçün siyasi yol tapılacaq.

Taliban isə Barak Obamanın bu ilin sonuna kimi Əfqanıstandan 10 min əsgərin çıxarılması ilə bağlı bəyanatını «simvolik addım» adlandırıb. Mediaya elektron məktubla göndərilən bəyanatda Taliban ABŞ adminstrasiyasını «öz xalqına müharibənin bitəcəyi ilə bağlı dəfələrlə yalan vədlər» verməkdə ittiham edib.
XS
SM
MD
LG