Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Hicab aksiyasında həbs edilən aksiyaçının məhkəməsi olub


Arxiv foto
Arxiv foto
Apelyasiya Məhkəməsində orta məktəblərdə hicabın qadağan edilməsinə etiraz olaraq mayın 6-da Bakıda keçirilən aksiyada tutulmuş Əlvan Hüseynovun şikayətinə baxılıb.

Vəkil Anar Qasımovun verdiyi məlumata görə, məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilmiş vəsatətin təmin olunmamasına dair Xətai Rayon Məhkəməsinin iyunun 7-də çıxardığı qərarı qüvvədə saxlayıb.

Əlvan Hüseynov Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunur.

HƏMÇİNİN OXU:

Dindarlara cinayət işi açılıb
Gəncədə ruhanilər məhkəmə qarşısında
Dindarın saqqalını qırxıb özünə də 3 sutka həbs veriblər
XS
SM
MD
LG