Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir


Qarabağda erməni hərbçiləri
Qarabağda erməni hərbçiləri
«Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir».

Bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında deyib.

Səfir Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib:

«Biz Qarabağ münaqişəsinin həlli istiqamətində əlimizdən gələn köməyi göstərməyə hazırıq. Rəsmi Ankara istəyir ki, Kazanda münaqişənin həllinə dair qərar qəbul olunsun. Biz başda Dmitri Medvedev olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bu problemi həll etsək, bölgədəki digər problemlər də həll olunar, Türkiyə-Ermənistan sərhədləri açılar. İlk qapanan qapının da ilk açılması lazımdır. Biz bu problemin həlli üçün nə lazımdırsa, etməyə hazırıq».

Səfir deyib ki, Qarabağ münaqişəsinin çoxdan həll olunmalı idi, lakin bu proses gecikir:

«Zaman ötdükcə, insanların da səbri tükənir». /APA/
XS
SM
MD
LG