Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

N. Məmmədov: «Status-kvonun dəyişdirilməsi 7 rayonun boşaldılması ilə başlamalıdır»


Novruz Məmmədov
«İyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə görüşü planlaşdırılır. Görüşə təkcə biz yox, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər, onların prezidentləri böyük əhəmiyyət verir».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, hər üç ölkə prezidentinin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb:

«Orada münaqişənin tezliklə həll olunması ilə bağlı sanki bir tələb ortaya qoyulur. Bizim də istəyimiz ondan ibarətdir ki, həm Minsk Qrupu həmsədrlərinin, həm də beynəlxalq ictimaiyyətin əsas tələbi - regiondakı status-kvonun dəyişdirilməsi istəyi reallaşsın. Status-kvonun dəyişdirilməsi münaqişənin həllində birinci mərhələnin, yəni Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürəm ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq və müəyyən bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacaq». /APA/
XS
SM
MD
LG