Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

«Biz Misirin Şəriət qanunları ilə idarə olunmasını istəmirik»


Təhrir meydanı
Təhrir meydanı
Misirdə əsas qüvvələrdən biri olan «Müsəlman qardaşlığı» sentyabrdakı seçkidən sonra müxtəlif tərkibli parlament istəyir və Misiri İslam qanunları ilə idarə etmək niyyətində deyil. Bunu «Reuters»ə müsahibəsində yeni siyasi qüvvə kimi formalaşan partiyanın sədri Mohammad Mursi deyir.

Prezident Hüsnü Mübarəkin istefasından sonra «Müsəlman qardaşlığı» əsas qüvvə kimi ortalığa çıxıb. Partiya bildirib ki, baxmayaraq, əsas qüvvə kimi qəbul olunurlar, parlamentdə əksəriyyəti təmsil etmək istəmirlər.

Qərb siyasətçiləri narahatdır ki, Misirdə dünyəvi siyasi dəyişikliklər aparılması əvəzinə İslam qanunları ilə işləyən hökumət qurulsun. Xüsusilə Misirdə müsəlmanlar və xristianlar arasında bir müddət əvvəl münasibətlər gərginləşmişdi.

«Müsəlman qardaşlığı»nın bazasında formalaşdırılmış Ədalət və Azadlıq Partiyasının rəhbəri Mohammad Mursi deyir ki, onlar yalnız İslamın prinsiplərindən istifadə edirlər:

«Biz yalnız partiyamızın yaranmasında İslamdan istifadə etdik. Hansı ki, bizim əsas nizamnaməmizi İslam şəriəti təşkil edir. Biz fərdi hadisələrdə dini qaydalardan istifadə etmirik»

Mohammad Mursi deyir ki, o da seçkiyə qatılacaq.

«BİZ MONOLOQ İSTƏMİRİK»

Liberal misirlilər də narahatdırlar ki, bu qrup parlamentdə qanunların mənbəyi kimi Şəriətə istinad edə.

Misirdə keçirilən etiraz aksiyası

Qahirənin kənarında Mokattemdə partiyanın yeni beş mərtəbəli qərargahında müsahibə verən Mursi belə narahatlıqları rədd edir:

«Biz dialoq istəyirik, monoloq yox. «Qardaşlıq» parlamentə nəzarət axtarmır. Biz güclü, müxtəlif siyasi qüvvələrin təmsil olunduğu parlament istəyirik».

Amma o deyir ki, İslam qanunları Misirin mülki hakimiyyətində yer tuta bilərdi. Onun sözlərinə görə, Misirdə 80 milyonluq əhalinin 10 faizi xristiandır: «Şəriət bütün adamların, müsəlman olanların da, olmayanların da hüquqlarına təminat verir».

HƏLƏ Kİ İQTİSADİ PLATFORMA YOXDUR

Mursi deyir ki, o, «Qardaşlığ»ın prezident seçkisinə qatılmayacağı vədinə sadiqdir. Mohammad Mursinin sözlərinə görə, hətta qrupun üzvlərindən kimsə müstəqil şəkildə namizədliyini versə belə, onu dəstəkləməyəcəklər.

Mohammad Mursi Misirin Zaqaziq Universitetinin mexanika bölməsinin rəhbəridir. O, 2000-2005-ci illərdə «Qardaşlığ»ın parlamentdəki blokuna rəhbərlik edib.

«Qardaşlıq» mühafizəkar müsəlman partiyası kimi 2005-2010-cu il parlamentində yerlərin 20 faizinə sahib olub.

Mursi deyib ki, hələ ki onların iqtisadi platformaları yoxdur, aprel ayında yenidən formalaşıblar və təşkilatlanma işi davam edir.

MİSİRDƏ SPİRTLİ İÇKİNİN QADAĞASI QORXUSU VAR

Misir ehramları

Amma bəzi dünyəvi siyasətçilər və digər misirlilər narahatdırlar ki, qadın və xristianlar kənarda qala, spirtli içki qadağan oluna bilər. Ekspertlər deyirlər ki, içkinin qadağan olması Misirə gələn qeyri-müsəlman turistləri tətil fikrindən daşındıra bilər.

Səkkiz misirlidən birinin işi turizmdən asılıdır.

Xristianlara gəlincə o deyir:

«Biz hər kəsin arxayın olmasını istəyirik. Biz xristian qardaşlarımızı parlamentdə görmək istəyirik. Biz istəmirik ki, parlamentə bir qrup nəzarət etsin. Nə «Qardaşlıq», nə də kimsə…»

Mursinin sözlərinə görə, partiyanın 9 min qeydiyyatdan keçmiş üzvü var. O əlavə edir ki, üzvlərin yüzü xristian, mini qadındır. Onu da deyir ki, partiyanın sədr müavini Rafiq Habib xristiandır.

Soruşanda ki, partiya spirtli içkini qadağan edən təklif verə bilərmi, Mursi belə cavab verdi ki, belə dəyişikliklərə parlament qərar verə bilər, bir qrup yox.

«Misirin Konstitusiyası «Qardaşlığ»ın konstitusiyası deyil, misirlilərindir»

O, əlavə edir ki, Misir qanunvericiliyi Şəriət prinsiplərinə əsaslanır, detallarına yox.
XS
SM
MD
LG