Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:23

Fukuşima AES-də vəziyyət nəzarətdən çıxır


İMPERATORUN DUASI

Çox nadir hallarda televiziyaya çıxan Yaponiya Imperatoru Akihito xalqa mürciətində deyib ki, Yaponların xilası üçün dua edir.

Yaponiya imperatorunu televiziya çxıardan isə heç də son 140 ilin ən ağır zəlzələsi olmayıb. Müraciətin səbəbi zəlzələ və sonrasında baş verən sunami nəticəsində ciddi zədələnən Fukushima atom-elektrik stansiyasındakı (AES) vəziyyətdir.

Yaponiya hökuməti martın 16-da bütün günü soyutma sistemləri zədələnən 6 reaktorlu stansiyanı soyutmağa çalışır. Hərbi vertolyotlar dəniz suyunu reaktorlara töksə də bunun təsiri çox az olur. Vaxt getdikcə daralır, artıq bir neçə partlayış və alışma baş verib.

ƏN BÖYÜK TƏHLÜKƏ PLUTONİUM REAKTORUDUR


6 reaktordan 1-i, 4-cü reaktor daha böyük təhlükə kəsb eləyir. Çünki digər reaktorlar uranla işlədiyi halda, bu reaktorun nüvə yanacağı plutoniumdur. Plutonium isə ətraf mühit və insanlar üçün daha təhlükəlidir. Bir neçə gündür ki, hərbi vertolyotlar dəniz suyunu bu reaktora boşaldırdılar ki, rektorun qızmasının qarşısını alsınlar.

Amma Kyodo Xəbər Agentliyi məlumat verir ki, Müdafiə Nazirliyi bu əməliyyatları dayandırır. Çünki reaktorun üzərində radiasiya çox yüksək səviyyəyə çatıb.

48 KRİTİK SAAT...


Fransanın Nüvə Təhlükəsizliyi Agentliyi də bu gün plutonium reaktoruyla bağlı xüsusi narahatlığını bildirib. Agentlik deyir ki, onlar daha çox reaktorun özündən çox, artıq istifadə olunmuş plutonium çubuqlarından narahatdırlar. Agentlik bildirib ki, növbəti 48 saat həmin istifadə olunmuş plutoniumun taleyi baxımından çox kritik saatlardır.

Bu plutonium çubuqları hətta istifadədən sonra da uzun müddət reaktorun altındakı dərin, xüsusi hovuzda suyun içində soyudulmalıdır. Ancaq bir neçə gün soyudulandan sonra plutonium tullantısını harasa çıxarmaq olar.

Ancaq problem ondadır ki, baş verən yanğınlar və digər reaktorlardakı qızma üzündən də hovuzdakı su sürətlə buxarlanır. Mühəndislər isə indiki vəziyyətdə hovuzu tam doldurmağa macal tapmırlar.

Belədə, qızma davam edir. Üstəlik, reaktorun içindəki plutonium çubuqlarından fərqli olaraq, istifadə olunmuş çubuqların ətrafında xüsusi qoruyucu qabıq olmur. Sement və poladdan ibarət bu qabıq zəhərli qazların və elementlərin ayrılmasını önləyir.


RADİASİYA ÜZÜNDƏN İŞÇİLƏR EVAKUASİYA OLUNUB


Martın 16-sı səhər saatlarında həmin hovuzun olduöğu yerdə radiasiya çox yüksək həddə çatdığından, stansiyanın işçilərini ordan çıxarmağa başlayıblar.

Evakuasiya qərarını Japon hökumətinin sözçüsü Yukio Edano élan edib. Deyib ki, "Əsas girişin önündə saat 10-dan başlayaraq radiasiya səviyyəsi çox yüksəlib, və indi 1000 millisievertsə çatıb. Buna görə də biz orda çalışanları müvəqqəti olaraq təhlükəsiz yerlərə evakuasiya etmişik. "

Edano əlavə edib ki, nüvə reaktorundan sızmaları önləyən 3 qatdan birincisi – daxili qatın zədələndiyini və bu üzdən reaktorlardan radiasiya sızmağa başladığını düşünürlər.

Ancaq sonradan, radiasiya səviyyəsi aşağı düşən kimi işçilər yerlərinə qayıdıb və reaktorların əriməsinin qarşısını almaq üçün çalışmalarını davam etdiriblər.

Nüvə tullantılarından əlavə, 3-cü reaktorun özündə ərimə başlama ehtimalı var. 2-ci reaktorun da zədələnməsi şübhələri var.

SON ÇIXIŞ YOLU..

Stansiyanı işlədən Tokyo Elektrik Enerjisi Şirkəti - TEPCO bildirib ki, onlar hətta son əlac kimi, reaktorlara vertolyotlarla bor turşusu töküb qızmağın qarşısını almağı və hətta plutonium olan 4-cü reaktoru təzədən işə salmağı da düşünürlər. Ancaq, hökumətin sözçüsü Edano deyib ki, hələlik bu addımlar çox təhlükəıli olduundan nəzərdən keçirilmir.


NƏZARƏTDƏN ÇIXAN ZƏNCİRVARİ REAKSİYA BAŞLAYIB?

TEPCO istisna etmir ki, reaktorlarda zəncirvari reaksiya baş verərək nəzarətdən çıxa bilər.


YAPON HÖKUMƏTİNİ NƏDƏ İTTİHAM EDİRLƏR

Həm Yapon mediasında, həm də Beynəlxalq Atom Enerjisi Agentliyində belə bir fikir səslənir ki, hökumət artıq Fukushima stansiyasında nəzarəti itirir və ona görə də vəziyyət haqqında dəqiq informasiyanı gizlədir. .

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano deyib ki, gərək Yapon hökuməti baş veənlərlər bağlı bütün detalları , təcili açıqlasın. Fransa Nüvə təhlükəsizliyi agentliyi isə bildirir ki, Yaponiya hökuməti fəlakəti 7 ballıq istemdə 4 balla qiymətləndirsə də, onların fikrincə təhlükə səviyyəsi artıq çoxdan 6-nı keçib. Və dramatik həddədir.

Xarici ölkələr öz vətəndaşlarını ya təcili Yaponiyanı tərk eləməyə, ya da ölkənin cənubuna getməyə çağırır.
XS
SM
MD
LG