Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Günel Mövlud. Ölümə uğurusz dekor, Uşaqsız arvadın mahnısı...


Uşaqsız arvadın mahnısı

uşaqların öz analarına
nə qədər bənzədiklərini görəndə
xatırlayıram
demək – sonsuzlarn sifəti olmur
mən indi bilirəm –
qocaların əşyalara
necə bağlandığını

qarımış qızların
hamısı biri-birinə oxşayan kimi
uşaqsız rəfiqələrimin də
eynidir sifəti

qollarım hey boşluğa uzanr:
arzular havadan asılı…


Ölümə uğursuz dekor

bilirəm mənə soyuq olub olmadığını
bilmək istəyəcəksən
qorxma, ana,
qürbətdə fəsillər yalnız görüntüdür
kənd uşaqlarına…
biz onları gözlərimizlə duyuruq
vücudumuzla deyil
sənsə mənə daha kəndimizdən yazma
onsuz da bilirəm –
yenə çaqqal səsləri doldurur
işığı öləziyən evlərlə nəm çöllərin arasını

yenə səhər açılanda arvadlarını şikəst ayaq kimi
arxasınca sürüyən kişilər görünür
kənd yollarında
yayda darıxan xəstələrin yatağını sürüyürsünüz
kölgələrin arxasınca…
«xəstə» demişkən, ana,
kimsə öləndə
onun pal-paltarını ortaya töküb ağlamayın daha
inanın – bütün bu sovxalar şəkillər, ağılar
ölümə uğursuz bir dekordur
ölümün üzü nəm divar kimidir, ana,
suvaq, bəzək götürməz elə
həyat özü uğursuz bir parodiyadır
bizə qədər yaşanmışlara
mən də sənə məktub yazanda
yeseninə oxşadıram özümü –
o da qürbətdən məktublar yazarmış anasına
o da mənim kimi yadelli sevgilisinə
doğma çölləri göstərmək istəyirmiş…
bağışla məni, ana
mən qürbətdə anladım –
vətən qadınları necə də mənasızdır.

Alatoran, 2004
XS
SM
MD
LG