Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Bəxtiyar Hacıyevin apelyasiya şikayətinə baxılacaq


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin vəkili Əlayif Həsənov məlumat verib.

«Mənə bununla bağlı rəsmi bildiriş verilməyib. Bu gün saat 4-də Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılacaq».

Martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində bir ay həbs qətimkan tədbiri seçib.

Gənc fəal barəsində Gəncə şəhər Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq materialları yekunlaşıb. Əlayif Həsənov Bəxtiyar Hacıyevlə birlikdə bu materiallarla tanış olduqdan sonra işin məhkəməyə göndəriləcəyini bildirib.

Bəxtiyar Hacıyevin ailə üzvləri isə onunla görüşmək üçün Gəncə şəhər Prokuroruna müraciət ediblər. Lakin prokuror onların bu müraciətini qəbul etməyib.
XS
SM
MD
LG