Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:36

İlham Əliyev sosial şəbəkələrə də vaxt tapır


Prezindentin «Twitter»də nə yazdığı ilə maraqlananda məlum oldu ki, İlham Əliyevin adına iki müxtəlif «Twitter» səhifələri var: @azprezident və @prezidentaz. Birində ingilis dilində, digərində isə Azərbaycan dilində qısa mesajlar dərc olunub.

PREZİDENT NƏ YAZIR


İngilis dilli «Twitter» hesabında (@presidentaz) İlham Əliyev yazır:

We must eliminate these shortcomings and evils as soon as possible. There should be a unity of all our citizens. (Biz bu nöqsan və yaraları mümkün qədər tezliklə aradan qaldırmalıyıq. Bu məsələdə bizim bütün vətəndaşlar bir olmalıdırlar.)

We must fight against bribery and corruption even more rigorously. (Biz rüşvətxorluq və korrupsiyaya qarşı daha ciddi mübarizə aparmalıyıq)

Azərbaycan dilli «Twitter» hesabında (@azpresident) isə sonuncu yazılar belədir:


Ancaq ədalət bizim tərəfimizdədir. Xocalida 600-dən çox dinc əhali ermənilər tərəfindən qətlə yetirildi, onların 100-dən çoxu uşaqlar idi.

Hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur.

Daha sonra, burada da Azərbaycan prezidentinin korrupsiyaya qarşı birgə mübarizə çağırışları, rüşvətxorluq halları barədə ona xəbər verilməsi xahişi yerləşdirlib.

@azpresident hesabından prezident İlham Əliyevin 1.069 izləyicisi var. Prezident bu günə kimi 251 «twitt» yazıb.

Prezident Aparatından cavab vermirlər...

Mikrobloqların həqiqiliyini yoxlamaq üçün prezidentin mətbuat xidmətinə müraciət etdik. Bu yaxınlarda «Twitter»də Mehriban Əliyevanın adına da hesab açılsa da, sonradan bunun saxta olduğu haqda məlumatlar yayıldı. Bundan başqa prezidentin mətbuat xidmətindən maraqlanmaq istəyirdik ki, niyə ingilis dilindəki yazılar korrupsiya ilə mübarizə, Azərbaycan dilində olanlar isə Qarabağ problemi ilə bağlıdır. Məntiqlə əksinə olmalı idi.

Təəssüf ki, prezidentin mətbuat xidmətindən bu suallara cavab almaq cəhdlərimiz nəticəsiz qaldı.
XS
SM
MD
LG