Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Əmlak Məsələləri Dövlət Komitəsinin 15 əməkdaşı işdən azad edilib


 Kərəm Həsənov
Kərəm Həsənov
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 əməkdaşı işdən azad edilib, 40-a yaxın işçi haqqında isə ciddi tənbeh tədbirləri görülüb.

Bu barədə Dövlət Komitəsi yanvarın 31-də məlumat yayıb. İşdən uzaqlaşdırılan və haqqında tənbeh tədbirləri görülən şəxslərin fəaliyyətlərində neqativ hallara yol verdikləri bildirilir.

Belə bir qərar Dövlət Komitəsində keçirilən operativ müşavirədə qəbul olunub.

Məlumatda bildirilir ki, operativ müşavirənin keçirilməsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının yanvarın 27-də keçirilən iclasında verilən tapşırıqların icrası ilə bağlı olub.

Müşavirədə bildirilib ki, neqativ hallara, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verən işçilərə qarşı ciddi və təxirəsalınmaz tədbirlər görüləcək.

NEQATİV HALLAR

Komitə sədri Kərəm Həsənov çıxışında əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahələrində bir sıra çatışmazlıqlar və neqativ hallara rast gəlindiyini bildirib.

Komitə sədri deyib ki, şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, vahid kadastrın və ünvan reyestrinin aparılması sahələrində qanunvericilik təkmilləşdirilməlidir.

Komitədə çalışan dövlət qulluqçuları və işçilərin etik davranış qaydalarına riayət etməsi, bu sahədə nəzarətin gücləndirilməsi və eyni zamanda korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar treninqlərin təşkil olunması barədə göstərişlər də verilib.

Qeyd edilib ki, işçilərin peşəkarlığı artırılmalı və bu məqsədlə işə müasir təfəkkürlü peşəkar kadrlar cəlb edilməlidir.
XS
SM
MD
LG