Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:36

Yanvarın 17-də Nemət Pənahlının apelyasiya şikayətinə baxılacaq


Nemət Pənahlı
Nemət Pənahlı
Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının apelyasiya şikayətinə baxılacaq.

Bu haqda AzadlıqRadiosuna Nemət Pənahlının vəkili Elçin Sadıqov məlumat verib.
Şikayət Nəsimi rayon Məhkəməsinin yanvarın 10-da Pənahlı haqqında çıxardığı 2 aylıq həbs qərarı ilə bağlıdır.

Elçin Sadıqov yanvarın 15-də Bakı İstintaq Təcridxanasında Nemət Pənahlı ilə görüşüb:

“Nemət Pənahlı Bakı İstintaq Təcridxanasında məlumatsız saxlanılır. Qohumlarının göndərdiyi qəzetlər ona verilmir. Nemət Pənahlı ona qarşı irəli sürülmüş ittihamları təxribat sayır. Bildirir ki, cinayət işi saxta ittiham əsasında quraşdırılıb”.

Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildiriblər ki, iş günü olmadığından N.Pənahlıya nəyə görə qəzet verilməməsi haqqında məlumat verə bilməzlər.

Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur. Həbsə səbəb isə yanvarın 7-də Eldar Rzayev adlı şəxsin polisə müraciəti olub. O bildirib ki, Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun Fərzəliyev onu döyüb.
XS
SM
MD
LG