Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Nemət Pənahlı barəsində cinayət işi açılıb


Nemət Pənahlı
Nemət Pənahlı
Milli hərəkatın keçmiş fəalı Nemət Pənahlı barəsində cinayət işi qaldırılıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Saxlanmaya səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin Nəsimi polisinə müraciəti olub. O bildirib ki, Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun adlı şəxslər tərəfindən döyülüb.

Polis bölməsində şikayətçi bildirib ki, hər iki şəxs əvvəlcə onu təhqir ediblər, sonra isə dəmir dəyənək və yumruqlarla xəsarət yetiriblər.

Nemət Pənahlı isə «Azadlıq» qəzetinə hadisəni belə izah edib:

«Bir müddət əvvəl şəxsi avtomobilimi satdım. Avtomobili alan mənimlə qiymət söhbəti etmədi. Üstəlik, mənə böyük hörməti olduğunu deyib maşını mənim dediyim qiymətə aldı. Bu hadisədən bir aydan artıq vaxt keçib. Dünən, yəni dekabrın 7-də maşını alan şəxs mənə zəng edib hədə-qorxu ilə bildirdi ki, maşın işləmir, mən onu aldatmışam. Məni guya avtomobilin xarab olub dayandığı yerə - Azadlıq prospektinə, «28 May» metrosundan azca yuxarıdakı əraziyə çağırdı. Mən də durub getdim ora. Çatan kimi, mənə hücum edərək təhqiramiz ifadələr işlətdi. «Bu dəqiqə mənim pulumu qaytar» deyib, məni itələməyə, təhrik etməyə başladı... Onu sakitləşdirməyə çalışdım, «gedək, anlaşaq, məsələni dəqiqləşdirək, mənlik bir iş varsa, pulunu qaytarım» dedim. Elə oradaca, bəlli oldu ki, mənlik bir iş yoxdur, adam avtomobili sürərkən əl əyləcini aralamayıb, vəssalam».

Nemət Pənahlı deyir ki, bu, onda şübhə yaradıb;

«Müşahidə etdim ki, bir qədər kənarda dayanan avtomobilin içindən bizi kamera ilə çəkirlər. Hər nə isə, bu olayı belə söndürə bildim. Amma bunlar məni ya həbs edəcəklər, ya da nəsə başqa bir hadisə törədəcəklər».

Axşam saat 9 radələrində Nemət Pənahlı ilə telefonla əlaqə saxladıq. O, hələ də polisə ifadə verdiyini bildirdi.
XS
SM
MD
LG