Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Əli Əkbərin "Ən yeni ədəbiyyat" seriyasından romanı çap edildi


“Qanun” nəşrlər evi “Ən yeni ədəbiyyat” seriyasından daha bir gənc yazarın kitabını çap edib.

Əli Əkbərin “Amneziya” romanı noyabrın 27-dən etibarən satışdadır.

(Romandan bir parçanı oxu)

Kitabın nəşri barədə AzadlıqRadiosuna məlumat verən “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirib:

“Utopiya və anti-utopiya janrlarında qələmə alınmış “Amneziya” romanında, avtoritarizmin tüğyan etdiyi bir ölkədə yaşayan Murad adlı stomatoloqun bir neçə cəbhədə apardığı mübarizədən bəhs olunur, baş qəhrəmanın məişətdən siyasətə, romantizmdən sərt realizmə qədər həyatının bütün qatları əhatə edilir".

Yazıçı Əli Əkbərin sözlərinə görə, "Avtoritarizmə son qoyan inqlabın xəyallarda, yoxsa gerçək həyatda baş verdiyi sona qədər anlaşılmayan əsərdə, yalnız mübarizə xətrinə mübarizə aparan yorğun və tənha savaşçının həyat hekayəsi təqdim olunur".

Şahbaz Xuduoğlunun fikrincə Əli Əkbərin bu kitabı da bir çox müzakirələrə, mübahisələrə səbəb olacaq.

Geniş oxucu çevrəsi üçün nəzərdə tutulmuş romanı kəskin süjetli, siyasi satira da adlandırmaq olar.

Kitab 1000 tirajla çap edilib.

Azərbaycan dilində çap olunmuş dörd bədii kitabın müəllifidir.

2009-cu ildə çap olunmuş qalmaqallı süjetə malik "Artuş və Zaur" romanı böyük müzakirə və mübahisələrə səbəb olmuşdu.

Xəbər: Turxan Kərimov


Həmçinin oxu
Əli Əkbər "Amneziya" (Romandan parça)
Qalmaqallı yazıçı bu dəfə siyasi roman yazıb
Çingiz Hüseynov. "Amneziya" haqda
XS
SM
MD
LG