Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Serj Sarkisyan Aşqabadda Qarabağdan danışıb


“Cənubi Qafqazda təhlükəsizlik məsələlərini də müzakirə etdik. Türkmənistan prezidentinə Qarabağ münaqişəsinin tənzimlənməsi yollarına baxışımızı çatdırdım. Bildirdim ki, daimi hərbi ritorika və görünməmiş silahlanma bölgədə çox gərgin vəziyyət yaradır”.

Noyabrın 24-də Türkmənistana səfər edən Ermənistan prezidenti Serj Sarkisyan paytaxt Aşqabadda həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi görüşlərdən sonra jurnalistlərə belə deyib.

Serj Sarkisyanın rəsmi səfəri çərçivəsində iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığını nəzərdə tutan dörd saziş, prezidentlərin birgə bəyannaməsi və başqa sənədlər imzalanıb.

Jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ münaqişəsindən söz açan Ermənistan prezidenti deyib: “Ermənistanın mövqeyinə görə, böhranlar və münaqişələr yalnız dinc yolla, beynəlxalq hüququn prinsip və normaları - güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etmək hüququ əsasında həll olunmalıdır. Yalnız bu cür yanaşma ilə ədalətli və uzunmüddətli sülhə nail olmaq mümkündür”.
XS
SM
MD
LG