Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Özbəkistanda pambıqçı niyə kasıbdır?


Mamurcon Azimov və ailəsi Öbəkistanın Cizzak regionunda uzun illər boyu pambıq becərməklə məşğul olublar. Amma ötən il Azimov dövlətdən icarəyə götürdüyü torpaqları qaytarmağa məcbur olub. Pambıq becərməyin xeyrindən çox, ziyanını hiss elədiyi, borclarının ilbəil artdığı üçün.

QUL KİMİ


İndi işsiz qalan Azimov həmin duruma görə Özbəkistanın az qala feodal qaydalarla işləyən kənd təsərrüfatı sistemini ittiham edir. Onun sözlərinə görə, əgər prezident İslam Kərimovun ətrafındakı siyasətçilərə və ya qohumlarına çıxışın yoxdursa, bu sistemdə ancaq qul kimi, qəpik-quruşa işləməyə məhkumsan:

“Pambığın alış qiymətini dövlət ilin əvvəlində müəyyənləşdirir. Pambıq yığmağa görə maaşları da hələ yığım mövsümündən qabaq müəyyən edirlər. Vəssəlam. Dünyada pambığın qiyməti qalxsa da, bunun fermerə dəxli yoxdur. Bütün xeyir yuxarıdakalara qalır”.

AzadlıRadiosunun Özbəkistanda danışdırdığı fermerlərdən heç biri dünya bazarında pambığın bir poundunun qiymətinin rekord səviyyəyə - 1.2 dollara qalxmasının xeyrini hiss eləmədiyin deyirlər.

Çünki Özbəkistandakı qaydalara görə, hər bir fermer yığdığı məhsulu dövlətin 120 pambıq təmizləmə məntəqəsindən birinə təhvil verməlidir. Burda liflər qozalardan ayrılıb, təmizlənir.

DÜNYA BAZARINDAN 3 DƏFƏ AZ QİYMƏTƏ

Şirkətin 49 faizi əslində prezident İslam Kərimovun qohumlarının nəzarətindədir
Sonra fermer bu pambığı dövlətin “Uzxlopkoprom” konserninə satmalıdır. Dövlətin qoyduğu qiymətə. Adətən bu qiymət dünya bazarından 3 dəfə az olur. Ancaq kəndlilərə dünya bazarındakı qiymətin adətən 1/10-i çatır. Çünki “Uzxlopkoprom” fermerlərin gətirdiyi yüksək keyfiyyətli pambığı da aşağı keyfiyyətli pambıq kimi, ən ucuz qiymətə alır. Qısacası bütün gəlir qalır “Uzxlopkorom”a.

Bu şirkətin isə ancaq 51 faizi dövlətə məxsusdur. Qalan 49 faizinin kimə məxsus olması bircə dəfə də açıqlanmayıb. Amma araşdırmaçı jurnalistlər iddia edir ki, şirkətin 49 faizi əslində prezident İslam Kərimovun qohumlarının nəzarətindədir.

Britaniyadakı Təbii Ədalət Fondunun rəhbəri Julliet Williams deyir:

SOVETLƏR VAXTINDAKİ KİMİ

- Problem ondadır ki, Özbəkistan iqtisadiyyatı hələ də sovetlər vaxtındakı kimi idarə olunur. Pambıq da hökumət üçün strateji məhsuldur. Hökumət hər il pambıqdan bir milyard dollar qazanır, odur ki, insanları da pambıq becərməyə məcbur edir. Fermerlərin başqa iş görmək seçimi olmadığından, onlar prezident Kərimovun və ətrafındakıların cibinə işləyən iqtisadiyyatın bir parçasına çevrilirlər.

3 ŞİRKƏT KİMİNDİR?

Rustam Azimov
“Uzxlopkoprom” kəndlilərdən aldığı pambığı 3 satış şirkəti - “Uzprommashimpeks”, “Uzmarkazimpeks”, və “Uzinterimpeks” vasitəsilə ixrac edir. Dövlətin payçısı olduğu bu şirkətlərin də əslində kimə məxsus olması qaranlıdır. Amma iddialara görə, pambıq ixracına Xarici İqtisadi Əlaqələr naziri Elyor Qaniyev nəzarət edir.

Baş nazirin birinci müavini, Maliyyə naziri Rustam Azimovun və Baş nazir Şavkat Mirozyevin də burda payı var.

PLAN YERİNƏ YETİRİLİRSƏ…


Çünki Baş nazir pambıq becərilən 13 regionun rəhbərinə nəzarət edir. Və bu regioların icra hakimlərinin kresloda oturması da məhz pambıq planını necə yerinə yetirməkdən asılıdır. Əgər plan vaxtlı-vaxtında verilirsə, onda mərkəzi hökumət hər şeyə rahatca göz yumur.

İcra hakimləri isə bu planı doldurmaq üçün bütün vasiətələrdən istifadə etməkdə sərbəstdirlər. müəllimlər, alimlər, büdcə təşkilatlarında çalışanları, hətta məktəbliləri də məcburi pambıq yığımına cəlb edə bilirlər.

O Kİ QALDI AZƏRBAYCANA…

Azərbaycan SSRİ dönəmində pambıq ixracı üzrə ittifaqda önəmli yerlərdən birini tutsa da, indi pambıq idxal olunur. Ölkədə pambıq məhsuldarlığı xüsusən də dizel yanacağının qiymətinin bahalaşdığı 2008-ci ildə son 40 ilin ən aşağı səviyəsinə düşmüşdü. Hökumət yanacaq və gübrə üçün müəyyən subsidiyalar ayırsa da, pambıq becərənlər bunu yetərli saymırlar.
XS
SM
MD
LG