Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

İrana qarşı sanksiyalar və Azərbaycan?


İran banklarının ABŞ-dakı hesabları dondurulub
İran banklarının ABŞ-dakı hesabları dondurulub
İran sanksiyalardan yayınmaq üçün yeni banklar yaradır. Özü də İranın özündə yox, dünya boyu. Ən çox da öz qonşuları və ya müsəlman dövlətlərində.

Oktyabrın 21-də Vaşinqton Post qəzeti ABŞ rəsmilərinə istinadən belə yazıb. Yazıda qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi 16 İran bankını nüvə proqramının dəstəklənməsində iştirakına görə qadağa qoymuşdu. Bu bankların ABŞ-dakı hesabları dondurulub. Avropa Birliyi özü də bir qrup lazım bildiyi banklara qarşı sanksiyalar tətbiq edib. Və bu sanksiyalar İrana doğrudan da təsir eləyib ki, Tehran indi yeni banklar yaratmağa başlayıb.

İRAN NÜMAYƏNDƏSİ MƏSƏLƏNİ ŞƏRH ETMƏYİB


İnformasiyaya görə, İranlılar fərqli adlarla sərhədyanı ölkələrdə və ya müsəlman dövlətlərində banklar yaratmağa çalışır. Bu bankların İranla əlaqəli olduğunu gizlətmək üçün fərqli adlar verir, kapital mənbələrini yayındırır. İranın BMT-dəki nümayəndəliyinin sözçüsü Bak Sahrei bu iddiaları şərh etməkdən imtina edib, və Tehrandan əlavə direktiv alandan sonra şərh edə biləcəyini deyib.

İraq rəsmiləri İranın Bağdadda azı iki bank yaratdığını təsdiqləyib. Banklardan biri İranın ən iri özəl bankı – Bank Mellinin törəmə bankıdır. Bundan başqa İraqın şimalında - Kürdüstan regionunda da bir neçə bank yaradılmağa cəhd olunub.

Bank Melli İran 2008-ci ildən bəri İranın nüvə proqramını maliyyələşdirdiyi üçün ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşib Bankın Amerika və Avropadakı bütün filialları bağlanıb.

Vaşinqton Post iddia edir ki, Amerika Maliyyə nazirliyinin rəsmilərinin son həftələrdə Azərbaycan, Türkiyə,
Stüart Levi
Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Livana səfərləri də məhz bu bankın fəaliyyəti ilə bağlıdır.

ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi oktyabrın 19-da Bakıda Azərbaycan rəsmiləri və özəl sektor nümayəndələri ilə görüşdən sonra maliyyə sektorunun İrana sanksiyalar fonunda fəaliyyəti ilə bağlı səfər etdiklərini gizlətməmişdi.

LEVİ AZƏRBAYCANA İNANIR


“Mənin Bakıda olmağımın səbəbi burdakı rəsmiləri bu məsələlərlə bağlı digər ölkələrdəki rəsmilərlə, və özəl sektorla apardığımız təmaslar haqda məlumatlandırmaq, beynəlxalq maliyyə sistemini İranın sui-istifadəsindən müdafiə etmək yönündə birgə işləyə biləcəyimiz yollarla bağlı onlarla məsləhətləşmələr aparmaqdan və BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinin mandatını icra etməkdən ibarətdir”.

Levi əlavə etmişdi ki, “biz inanırıq ki, bu məsələdə Azərbaycanla ABŞ-ın maraqları üst-üstə düşür. Azərbaycanın maliyyə sistemini İran tərəfdən olan təhlükələrdən qorumaq Azərbaycanın maliyyə sisteminin nüfuzunu qorumağa, bura investisiyalar cəlb eləməklə kömək edir, və eyni zamanda İran liderlərini də bariz seçim qarşısında qoyur”.

Levini səfərindən sonra Bakıdakı Bak Melli İranın taleyinin necə olacağı hələ aydın deyil. Çünki ABŞ 2008-ci ildə Bəhreyndəki Futurebankın da Bank Melli-yə məxsus olduğunu bildirsə də, həmin bank hələ də fəaliyyətini davam etdirir.

İranın Maliyyə naziri Şəmsəddin Hüseyni bildirib ki, “sanksiyalar üzündən İran bəzi problemlərlə üzləşib. Amma dünya böyükdür. Əgər ticarət tərəfdaşlarımız bizə pulu ötürmək üçün yollar tapırlar”.
Neft şirkətlərinin İrandan çıxmaq qərarı da sanksiyalara təsir edir
Hüseyninin sözlərinə görə, bu suyun axarını kəsməyə oxşayır, suyun qarşısını kəssən, o başqa yolla axacaq”.

SANKSİYAYA UYMAYAN BANKLAR CƏZALANDIRILIR


ABŞ Maliyyə nazirliyinin keçmiş rəsmisi və maliyyə kəşfiyyatı məsələləri üzrə ekspert Metyu Lyuit isə bildirib ki, İran artıq uzun müddətdir ki, bütün sahələrdə beynəlxalq aləmlə siçan-pişik oyunu oynayır. Bir neçə ildir ki, İran strateji yüklərin böyük əksəriyyətini Malayziya vasitəsilə almağa və iz itirməyə başlamışdı. Amma bu il ABŞ-ın təzyiqiylə Malayziya hökuməti silah düzəltməyə imkan verən materialların ixracına nəzarətini gücləndirmək üçün qanunlarını dəyişdi. İranın maliyyə axının də Malayziyadan yönləndirmək cəhdləri də uğursuz nəticələnib.

İrana qarşı sanksiyaları səmərəli edən daha bir məqam isə sanksiyaya uymayan bankların cəzalandırılmasıdır. Məsələn ABŞ-da Lloyds, Credit Suisse və Barclays kimi iri beynəlxalq banklar İranla əməliyyatlarına görə çoxmilyonluq cərimələrə məruz qalandan sonra bu, digər banklara da dərs olub.

Üstəlik, İranın əsas valyuta gəlirini verən neft-qaz sektorunda çalışan Yaponiyanın İnpex, Hollandiyanın Şell, İtaliyanın ENİ, Norveçin Statoil və Fransanın TOTAL şirkətləri İrandan çıxmaq qərarı da sanksiyalar artıq real təsirini göstərir.

Artıq ABŞ və Avropa Birliyindən başqa, Yaponiya, Cənubi Koreya, Avstraliya, Skandinaviya ölkələri BMT-nin İrana qarşı sanksiyalarını bütün genişliyi ilə tətbiq edir. İranın qonşuları içində isə sadəcə Ermənistan Tehranla münasibətləri olduğu kimi davam etdirəcəklərini açıqlayıblar. Ermənistanlın Xarici İşlər Eduard Nalbandyan oktyabrın 21-də sanksiyalara qoşulub-qoşulmamaqla bağlı sualın cavabında jurnalistlərə bildirib ki, Ermənistanın İranla dinamik inkişaf edən əməkdaşlığı var və Yerevan bu münasibətləri genişləndirməyə və inkişaf etdirməyə davam edəcək.
XS
SM
MD
LG