Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Namizədlər TV debatlarda bunları dedi


“3 manatlıq və 25 manatlıq əskinaslar buraxılmalıdır”.

Bu təkliflə oktyabrın 20-də 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd Nizami Şəfiyev çıxış edib. Onun sözlərinə görə, əslində bu sualı ona seçiciləri veriblər.

“KREDİTLƏRDƏN AZAD EDƏCƏM”

İctimai televiziyadakı pulsuz çıxış zamanı həmin dairədən deputatlığa namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Zöhrab Məmmədov isə seçicilərinə vəd etdi ki, onları kreditlərdən azad edəcək! Amma bu sahibkarlara yox, aztəminatlı, kasıbçılıqdan kreditləri qaytara bilməyən ailələrə aiddir.

“BÖYÜK İCTİMAİ-SİYASİ QABİLİYYƏTƏ MALİKƏM”

Yenə həmin dairədən seçkilərə qatılan İbrahimcan Burxanov isə böyük ictimai-siyasi qabiliyyətə malik olduğunu, beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini xüsusi vurğuladı. O bu əlaqələrindən istifadə edərək Xaçmazdakı azsaylı xalqların mədəniyyətlərinin, problemlərinin beynəlxalq aləmə çıxaracağını söylədi.

MÜXALİFƏTÇI VƏ PREZİDENTİN ŞƏKLİ

Xaçmazda məmurların rüşvət almasına toxunan AMİP-in namizədi Məmməd Qurbanov isə deyir ki, “özü də məmurlar cənab prezidentin şəklini başları üstündən asaraq vətəndaşlardan pul alırlar”.

Bu dairədəki namizədlərdən biri də Musa Paşayevdir. O nəğməkar şair, incəsənət adamı, idmançı, hüquq müdafiəçisidir. O həm də gözdən əlildir.


AMİP-ÇİDƏN MÜSAVATÇILARA TƏKLİF

48 saylı Yevlax seçki dairəsindən namizədliyini verən AMİP üzvü Elman Bayramov isə çıxışının bir hissəsini öz rəqiblərinə deyil, 15 saylı Yasamal birinci seçki dairəsindən seçkilərə qatılan Müsavat başqanı İsa Qəmbərə həsr etdi. O Müsavat başqanının erməni həmkarı ilə bayannamə imzalamasını Azərbaycana xəyanət adlandırdı.

“Onun dünənki çıxışı mənə pis təsir etdi. İsa Qəmbər Azərbaycana xəyanət edib. Burda bəyan edirəm ki, mən o adda müxalıfət lideri tanımıram. Mənim çoxlu müsavatçı dostlarım var. Onlara deyirəm ki, AMİP-ə gəlin”.

Bu dəyirmi masada Müsavatın Beyləqan təşkilatının sədri, seçkilərə müstəqil qatılmış Tapdıq Abbas da iştirak edirdi. Amma o liderini müdafiə etmk məqsədilə bircə kəlmə də demədi. Eləcə də AXCP-Müsavat blokunun vahid namizədi Rövşən Alışlı...
XS
SM
MD
LG