Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:42

Amerika İranın qonşularına elçi göndərib


Stüart Levey
Stüart Levey
“The Wall Street Journal Europe”

Obama Administrasiyası İrana sanksiyaları müzakirə etmək üçün Türkiyə və Azərbaycana elçi göndərib. ABŞ Tehranın yaxın qonşuları ilə ticarət əlaqələrini bir az da məhdudlaşdırmaq istəyir.

STÜART LEVEY KİMDİR?

Elçi Stüart Levey - Maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə köməkçisidir. Levey oktyabrın 19-dan başlayaraq Türkiyə və Azərbaycan biznesmenləri və hökumət rəsmiləri ilə görüşəcək. Məlumatı “Wall Street Journal”a Amerika rəsmiləri verib. Levey daha sonra İstanbul və Ankaraya gedəcək.

“Məqsədimiz BMT-nin İrana qarşı son sanksiyalarının yerinə yetirilməsi üçün lazımi addımları müzakirə etmək, xüsusilə özəl sektor, İranın qeyri-qanuni fəaliyyətinin yaratdığı təhlükə barədə məlumatı bölüşməkdir”, - bunu Levey ötən həftə bir müsahibəsində deyib.

ZƏİF BƏND

Son aylar görünən odur ki, Türkiyə İranın nüvə fəaliyyətinə görə beynəlxalq cəzalandırma kampaniyasında mümkün zəif bənd ola bilər.

Baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrda vəd edib ki, növbəti bir neçə ilə Türkiyə-İran ticarət əlaqələri üç dəfə artacaq. Ankara Tehranla güzəştli ticarət sövdələşməsi hazırlayacaq.

Rəcəb Tayyib Ərdoğan
Enerjiylə zəngin İranla dərin etnik, mədəni əlaqələri olan Azərbaycan da İrana mühüm yanacaq təchizatçı ola bilər.

Ötən ay ABŞ Pekinə bir siyahı verib, Vaşinqtonun fikrincə, siyahıdakı Çin şirkətləri BMT-nin sanksiyalarını pozur.

Amerika rəsmiləri şirkətlərin adlarını çəkməsə də, onların enerji, müdafiə, maliyyə şirkətləri olduğu güman olunur.

Beynəlxalq sanksiyalara görə, Tehran getdikcə daha çox emal olunmuş neft məhsulları qıtlığı yaşayır. Qərb diplomatları və Yaxın Şərqdə işləyən biznesmenlər bu fikirdədir.

“BUNA DÖZƏ BİLMƏRİK”

Bu ilin iyununda BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların əleyhinə səs vermiş Türkiyə isə əvvəldən açıq bildirib ki, BMT-nin sanksiyalarına hörmət edir, ancaq ABŞ və Avropa Birliyinin birtərəfli və daha sərt sanksiyalarına əhəmiyyət verməyəcək.

Türkiyənin Ticarət naziri Zəfər Çağlayan bu ay şikayətlənib ki, türk banklarına İranla biznes qurmamaq üçün təzyiq edilir və əlavə edib: “Buna dözə bilmərik”.

Türk rəsmiləri deyirlər ki, bu mövqe hansısa yeni Türkiyə-İran alyansı, yaxud ABŞ-la əlaqələri pozmaq deyil. Onlar sadəcə inanırlar ki, sanksiyalar keçməyəcək, İranla daha yaxşı ticari və daimi əlaqələr Türkiyənin marağındadır.

İran Türkiyənin enerji ehtiyaclarının üçdə birini ödəyir, yanacağın qalanını isə Rusiya verir
İran Türkiyənin enerji ehtiyaclarının üçdə birini ödəyir, yanacağın qalanını isə Rusiya verir. Eyni zamanda İranla qanuni və qeyri-qanuni ticarət kasıblar, Türkiyənin İranla 500 km-lik sərhədində yaşayan etnik kürdlər üçün əsas dolanışıq mənbəyidir.

Türkiyə siyasətçiləri isə İrana sanksiyalar üzündən xeyli ziyana düşdüklərini deyirlər. ABŞ-ın təzyiqi deyəsən təsirini göstərir. Səhmdarlarının bəziləri amerikalı olan türk bankları iranlı həmkarları ilə sövdələşmələri azaldıblar.

İRAN TİCARƏTİ ARTIRMAQ İSTƏYİR

Azərbaycan İranın başqa bir potensial təchizatçısıdır və onu İranla Ankaradan daha dərin tellər bağlayır - İran əhalisinin dörddə biri etnik azərbaycanlılardır. İranla Azərbaycanın illik ticarət dövriyyəsi ötən il 1 milyard dollar olub, rəsmi statistika belə deyir.

İran rəsmiləri bu rəqəmi 10 dəfə artırmaq istəyirlər, Azərbaycanın rəsmi dairələrindən bu fikrə münasibət almaq mümkün olmayıb.

RİALIN MƏZƏNNƏSİ DÜŞÜR

Obama administrasiyasında son həftələr belə bir inam yaranıb ki, İrana qarşı Amerika kampaniyası İran daxilində ciddi təsirini göstərir.

Bu ayın əvvəlində İran valyutası rialın məzənnəsi iki gün ərzində 20 faiz düşüb. İran biznesmenlərinin fikrincə, bu düşməyə səbəb İran tacirlərinin qorxusudur ki, onlar sanksiyalar üzündən daha Amerika dolları ala bilməzlər.

Bu ayın əvvəlində İran valyutası rialın məzənnəsi iki gün ərzində 20 faiz düşüb
İyulda qəbul edilmiş ABŞ qanunvericiliyinə görə, qara siyahıda olan 17 İran bankı və İslam İnqilab Qvardiyasının şirkətləri ilə biznes quran xarici şirkətlər Amerika maliyyə sistemindən çıxarıla bilər. Yeni qanun İranın neft-qaz sektoruna 20 milyon dollardan artıq yatırım edən şirkətlərə də aiddir.

Amerika rəsmiləri deyirlər ki, Avropa, Yaxın Şərq və Asiyada banklar sanksiya tətbiq olunmuş İran bankları ilə maliyyə əlaqələrini kəsiblər. Enerji nəhəngləri, Yaponiyanın Inpex Corp., İtaliyanın Eni SpA, Niderlandın Royal Dutch Shell PLC İrana sərmayələri kəsdiklərini elan ediblər.

İranla işləyən bir yüksək rütbəli ABŞ rəsmisi deyir ki, sanksiyaların nəticəsi olaraq hadisələrin son həftələr ərzində belə dramatik inkişafını gözləmirmiş.

/Sayta hazırladı Arifə Kazımova/
XS
SM
MD
LG