Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Ermənistan ordusunda əsgər ölümləri və həbslər davam edir


Ermənistanın Müdafiə Nazirliyi orduda nizamnamə qaydalarına dəyişikliklər edir
Ermənistanın Müdafiə Nazirliyi orduda nizamnamə qaydalarına dəyişikliklər edir
Ermənistan ordusunda əsgərin ölümü ilə bağlı oktyabrın 13-də yeddi nəfər hərbçi saxlanıb.

Əsgər Samvel Xaçatryanın meyiti bu il oktyabrın 3-də qulluq etdiyi hərbi hissənin zirzəmisində tapılmışdı.

Ermənistan Müdafiə Nazirliyi məlumat verir ki, araşdırmalar zamanı bir qrup hərbi qulluqçunun Samvel Xaçatryana zorakılıq etdiyi, onun şəxsiyyətini alçaldan hərəkətlərə yol verdiyi aşkar edilib. Cinayət işi açılıb və həmin hərbi hissədə batareya komandiri, üç çavuş və üç sıravi əsgər həbs edilib.

Həmin hərbçiləri 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müdafiə Nazirliyi bu hadisədə hər hansı formada iştirak edən başqalarının da adı ortaya çıxsa, həbs ediləcəyini bildirir.

Amma nazirlik Samvel Xaçatryanın qətlə yetirilməsi versiyasının da araşdırılıb-araşdırılmaması barədə məlumat verməyib.

18 yaşlı Samvel Xaçatryan əsgərliyə bu il sentyabrın 13-də gedib. Valideynləri 20 günlük əsgərin intihar etməsi barədə iddiaları rədd edirlər. Onlar hesab edirlər ki, övladlarını döyüb öldürdükdən sonra asıblar.

«ORDUDA VƏZİYYƏTƏ NƏZARƏT OLUNMUR»

Ermənistan ordusu təlimlərdə
İnsan haqları fəalı Artur Sakunsun fikrincə, orduda şərait elədir ki, insan intihara özünümüdafiə, yaxud mübarizə vasitəsi kimi baxır.

Ermənistan ordusunda bu cür müəmmalı ölümlər ordu rəhbərliyinin başağrısına çevrilir. Bu ilin iyulunda 30 yaşlı leytenant Artak Nazaryanın cəsədi Ermənistan-Azərbaycan sərhədi yaxınlığında tapılmışdı. Ondan bir gün əvvəl isə Qarabağda olan erməni əsgərlərindən beşi və bir zabit müəmmalı şəkildə qətlə yetirilmişdi. Ordu rəsmiləri deyir ki, həmin əsgərlərdən biri zabit ilə mübahisədən sonra özünü öldürüb.

Bu hadisələrə görə Müdafiə Nazirliyinin bir neçə yüksək rütbəli zabiti vəzifəsini itirmişdi. Amma ondan sonra, sentyabrın ortalarında «Youtube» portalında Ermənistan ordusunda bir neçə əsgərin başqalarını alçaldan hərəkətlərini əks etdirən video yayıldı. Bu hadisəyə görə də bir zabit və iki əsgərə qarşı cinayət işi qaldırılıb.

Sentyabrın əvvəlində Ermənistanın Müdafiə Nazirliyi orduda nizamnamə qaydalarına dəyişikliklər hazırlayaraq təsdiq üçün ölkə parlamentinə göndərib. Yeni dəyişikliklər təcrübəli əsgərlərə öz komandirlərinin əmrlərindən şikayət etmək hüququ verir. Ordu rəhbərliyi bununla nizamnamədən kənar halların azalacağına ümid edir.
XS
SM
MD
LG